Rəhbərin döyüşçülərə tövsiyəsi
حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ , حَدَّثَنِي عَطِيَّةُ بْنُ الْحَارِثِ أَبُو رُوقٍ الْهَمْدَانِيُّ , حَدَّثَنِي أَبُو الْغَرِيفِ عُبَيْدُ اللهِ بْنُ خَلِيفَةَ ، عَنْ صَفْوَانَ بْنِ عَسَّالٍ ، قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي سَرِيَّةٍ فَقَالَ : سِيرُوا بِاسْمِ اللهِ ، وَفِي سَبِيلِ اللهِ ، قَاتِلُوا مَنْ كَفَرَ بِاللَّهِ ، وَلاَ تَمْثُلُوا ، وَلاَ تَغْدِرُوا ، وَلاَ تَغُلُّوا ، وَلاَ تَقْتُلُوا وَلِيدًا.
“Rəvayət edilir ki, Safvan ibn Assal ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi bir dəstədə döyüşə göndərərkən belə buyurdu: “Allahın adı ilə və Allah yolunda gedin! Allaha küfr edənlərlə döyüşün, lakin düşməni (öldürdükdən sonra) əzalarını kəsməyin, əhdinizi (varsa) pozmayın, qənimət malına xəyanət etməyin və uşaqları öldürməyin”.”
İstinad
İbn Məcə, 2857 (Cihad, 105)
Sunən İbn Məcə — Cihad kitabı