Hücum etmək, gecə basqın etmək, qadın və uşaqları öldürmək
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الْمُرَقَّعِ بْنِ عَبْدِ اللهِ بْنِ صَيْفِيٍّ ، عَنْ حَنْظَلَةَ الْكَاتِبِ ، قَالَ : غَزَوْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَمَرَرْنَا عَلَى امْرَأَةٍ مَقْتُولَةٍ ، قَدِ اجْتَمَعَ عَلَيْهَا النَّاسُ ، فَأَفْرَجُوا لَهُ ، فَقَالَ : مَا كَانَتْ هَذِهِ تُقَاتِلُ فِيمَنْ يُقَاتِلُ ثُمَّ قَالَ لِرَجُلٍ : انْطَلِقْ إِلَى خَالِدِ بْنِ الْوَلِيدِ ، فَقُلْ لَهُ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَأْمُرُكَ ، يَقُولُ : لاَ تَقْتُلَنَّ ذُرِّيَّةً ، وَلاَ عَسِيفًا.
“Rəvayət edilir ki, Hanzalə əl-Katib ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ birlikdə bir döyüşdə idik. Sonra ətrafında camaatın toplaşdığı bir qadın meyitinə rast gəldik. Camaat Allah Elçisinə ﷺ görə dağılışdı. Allah Elçisi ﷺ buyurdu: “Bu qadın döyüşənlər içində deyildi”. Sonra da bir kişiyə dedi: “Xalid ibn Validin yanına get və ona de ki, Allah Elçisi ﷺ əmr edərək deyir: “Heç bir qadını və fəhləni öldürmə!””
İstinad
İbn Məcə, 2842 (Cihad, 90)
Sunən İbn Məcə — Cihad kitabı