Allah yolunda atla hazır olmaq
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُخْتَارِ ، حَدَّثَنَا سُهَيْلٌ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْخَيْلُ فِي نَوَاصِيهَا الْخَيْرُ ، أَوْ قَالَ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ ، قَالَ سُهَيْلٌ : أَنَا أَشُكُّ الْخَيْرُ ، إِلَى يَوْمِ الْقِيَامَةِ . الْخَيْلُ ثَلاَثَةٌ : فَهِيَ لِرَجُلٍ أَجْرٌ ، وَلِرَجُلٍ سِتْرٌ ، وَعَلَى رَجُلٍ وِزْرٌ. فَأَمَّا الَّذِي هِيَ لَهُ أَجْرٌ فَالرَّجُلُ يَتَّخِذُهَا فِي سَبِيلِ اللهِ ، وَيُعِدُّهَا لَهُ ، فَلاَ تُغَيِّبُ شَيْئًا فِي بُطُونِهَا إِلاَّ كُتِبَ لَهُ أَجْرٌ ، وَلَوْ رَعَاهَا فِي مَرْجٍ ، مَا أَكَلَتْ شَيْئًا إِلاَّ كُتِبَ لَهُ بِهَا أَجْرٌ ، وَلَوْ سَقَاهَا مِنْ نَهَرٍ جَارٍ كَانَ لَهُ بِكُلِّ قَطْرَةٍ تُغَيِّبُهَا فِي بُطُونِهَا أَجْرٌ ، حَتَّى ذَكَرَ الأَجْرَ فِي أَبْوَالِهَا وَأَرْوَاثِهَا ، وَلَوِ اسْتَنَّتْ شَرَفًا أَوْ شَرَفَيْنِ ، كُتِبَ لَهُ بِكُلِّ خُطْوَةٍ تَخْطُوهَا أَجْرٌ. وَأَمَّا الَّذِي هِيَ لَهُ سِتْرٌ ، فَالرَّجُلُ يَتَّخِذُهَا تَكَرُّمًا وَتَجَمُّلاً وَلاَ يَنْسَى حَقَّ ظُهُورِهَا وَبُطُونِهَا فِي عُسْرِهَا وَيُسْرِهَا. وَأَمَّا الَّذِي هِيَ عَلَيْهِ وِزْرٌ ، فَالَّذِي يَتَّخِذُهَا أَشَرًا وَبَطَرًا وَبَذَخًا وَرِيَاءَ النَّاسِ ، فَذَلِكَ الَّذِي هِيَ عَلَيْهِ وِزْرٌ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xeyir atın alnına tökülən saçlarındadır” və ya “Xeyir atın alnına tökülən saçlarında düyünlənmişdir”. Suheyl dedi: “At (yiyələri) üç qismdir; bəzi adamlara at mükafat gətirir, bəzilərinə bir pərdədir, bəzilərinə də bir şərdir. Yiyəsi üçün mükafat olan at – bu adam atı Allah yolunda istifadə etmək üçün bəsləyir. Atın yediyi hər şey üçün yiyəsinə savab yazılır. Yiyəsi onu ot olan sahədə otarırsa, atın yediyi hər şeyə görə yiyəsinə savab yazılır. Yiyəsi onu bir çaydan suvarırsa, atın qarnına daxil olan hər su damcısına, sidiyinə və peyininə görə yiyəsinə savab yazılır. Əgər at şahə qalxıb bir və ya iki dəfə addım atsa belə, hər addıma görə yiyəsi üçün bir savab yazılır. Yiyəsi üçün pərdə olan at – bu adam şərəfini, namusunu qorumaq və gözəl ruzi yemək məqsədilə at saxlayır və atların bellərinə və qarınlarına aid haqqını çətinlikdə də, asanlıqda da unutmur. Yiyəsi üçün şər olan at – bu adam təkkəbbür göstərmək, lovğalanmaq və özünü camaata göstərmək üçün at saxlayır. Atı özü üçün şər olan adam da budur”.”
İstinad
İbn Məcə, 2788 (Cihad, 36)
Sunən İbn Məcə — Cihad kitabı