Adəmin zürriyyətinin etirafı
عَنْ مُسْلِمِ بْنِ يَسَارٍ الْجُهَنِىِّ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ سُئِلَ عَنْ هَذِهِ الآيَةِ ﴿وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِى آدَمَ مِنْ ظُهُورِهِمْ﴾ قَالَ قَرَأَ الْقَعْنَبِىُّ الآيَةَ. فَقَالَ عُمَرُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ عَنْهَا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ آدَمَ ثُمَّ مَسَحَ ظَهْرَهُ بِيَمِينِهِ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلْجَنَّةِ وَبِعَمَلِ أَهْلِ الْجَنَّةِ يَعْمَلُونَ ثُمَّ مَسَحَ ظَهْرَهُ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلنَّارِ وَبِعَمَلِ أَهْلِ النَّارِ يَعْمَلُونَ». فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ فَفِيمَ الْعَمَلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ إِذَا خَلَقَ الْعَبْدَ لِلْجَنَّةِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ الْجَنَّةِ فَيُدْخِلَهُ بِهِ الْجَنَّةَ وَإِذَا خَلَقَ الْعَبْدَ لِلنَّارِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ النَّارِ فَيُدْخِلَهُ بِهِ النَّارَ».
“Muslim ibn Yəsər əl-Cuhəni ﵀ rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xattabdan bu ayə haqda soruşuldu: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”- deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”- demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”- deməyəsiniz” (əl-Əraf, 172). əl-Qanabi ayəni oxudu. Ömər dedi: “Mən Allah Elçisinin ﷺ bu ayə haqqında soruşulduğunu eşitdim. Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ Adəmi yaratdı, sonra sağ əlini onun belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cənnət üçün yaratdım, Cənnət əhlinin əməlini edəcəklər”. Sonra (Allah yenə əlini Adəmin) belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cəhənnəm üçün yaratdım, Cəhənnəm əhlinin əməlini edəcəklər”. Bir kişi dedi: “Ey Allahın Elçisi, onda əməl nəyə lazımdır?” Allah Elçisi ﷺ dedi: “Həqiqətən, Allah ﷿ bir qulu Cənnət üçün yaratmış olsa, onu Cənnət əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cənnət əhlinin əməllərindən biri üzərində ölər və onunla Cənnətə daxil olar. Habelə, Allah bir qulu Cəhənnəm üçün yaratmış olsa, onu Cəhənnəm əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cəhənnəm əhlinin əməllərindən biri üzərində ölər və onunla Cəhənnəmə daxil olar”.”
Qeyd
Əbu Davud, 4705. Hədisin “onun belinə çəkdi” sözündən başqa qalan hissəsi səhihdir. Bax: Mişkətul-Məsabih, 96.
İstinad
Qüdsi hədislər, 4 (Kitab 1, 4)
Səhih qüdsi hədislər — Qədər və yaradılış