Səhih qüdsi hədislərQədər və yaradılış

Kitab 1

Qədər və yaradılış

9

hədis

Fəsil 1

Allahın ilk yaratdığı

قَالَ عُبَادَةُ بْنُ الصَّامِتِ لاِبْنِهِ يَا بُنَىَّ إِنَّكَ لَنْ تَجِدَ طَعْمَ حَقِيقَةِ الإِيمَانِ حَتَّى تَعْلَمَ أَنَّ مَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ وَمَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ أَوَّلَ مَا خَلَقَ اللَّهُ الْقَلَمَ فَقَالَ لَهُ اكْتُبْ. قَالَ رَبِّ وَمَاذَا أَكْتُبُ قَالَ اكْتُبْ مَقَادِيرَ كُلِّ شَىْءٍ حَتَّى تَقُومَ السَّاعَةُ». يَا بُنَىَّ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ مَاتَ عَلَى غَيْرِ هَذَا فَلَيْسَ مِنِّى»

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ oğluna belə demişdir: “Ey oğul, sən öz başına gələn müsibətin səhvən gəlmədiyini, heç bir bəlanın sənə səhvən toxunmadığını bilməyincə imanın ləzzətini bilməyəcəksən. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: “Yaz!”- deyə buyurdu. O dedi: “Ey Rəbbim! Nə yazım?” Allah buyurdu: “Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!” O, sözünə davam edərək dedi: “Ey oğul! Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bundan qeyri (etiqad) üzərində ölən məndən deyil”.”

Ubadə ibn əs-Samit
SəhihQüdsi hədislər, 1 (Kitab 1, 1)

Qeyd

Əbu Davud, 4702. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2018.

عَنْ عَبْد الْوَاحِدِ بْن سُلَيْمٍ قَالَ قَدِمْتُ مَكَّةَ فَلَقِيتُ عَطَاءَ بْنَ أَبِى رَبَاحٍ فَقُلْتُ لَهُ يَا أَبَا مُحَمَّدٍ إِنَّ أَهْلَ الْبَصْرَةِ يَقُولُونَ فِى الْقَدَرِ. قَالَ يَا بُنَىَّ أَتَقْرَأُ الْقُرْآنَ قُلْتُ نَعَمْ. قَالَ فَاقْرَإِ الزُّخْرُفَ. قَالَ فَقَرَأْتُ ﴿حم وَالْكِتَابِ الْمُبِينِ إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ وَإِنَّهُ فِى أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ﴾ فَقَالَ أَتَدْرِى مَا أُمُّ الْكِتَابِ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ فَإِنَّهُ كِتَابٌ كَتَبَهُ اللَّهُ قَبْلَ أَنْ يَخْلُقَ السَّمَوَاتِ وَقَبْلَ أَنْ يَخْلُقَ الأَرْضَ فِيهِ إِنَّ فِرْعَوْنَ مِنْ أَهْلِ النَّارِ وَفِيهِ ﴿تَبَّتْ يَدَا أَبِى لَهَبٍ وَتَبَّ﴾ قَالَ عَطَاءٌ فَلَقِيتُ الْوَلِيدَ بْنَ عُبَادَةَ بْنِ الصَّامِتِ صَاحِبِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلْتُهُ مَا كَانَ وَصِيَّةُ أَبِيكَ عِنْدَ الْمَوْتِ قَالَ دَعَانِى أَبِى فَقَالَ لِى يَا بُنَىَّ اتَّقِ اللَّهَ وَاعْلَمْ أَنَّكَ لَنْ تَتَّقِىَ اللَّهَ حَتَّى تُؤْمِنَ بِاللَّهِ وَتُؤْمِنَ بِالْقَدَرِ كُلِّهِ خَيْرِهِ وَشَرِّهِ فَإِنْ مُتَّ عَلَى غَيْرِ هَذَا دَخَلْتَ النَّارَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ أَوَّلَ مَا خَلَقَ اللَّهُ الْقَلَمَ فَقَالَ اكْتُبْ. فَقَالَ مَا أَكْتُبُ قَالَ اكْتُبِ الْقَدَرَ مَا كَانَ وَمَا هُوَ كَائِنٌ إِلَى الأَبَدِ»

“Rəvayət edilir ki, Abdul-Vahid ibn Suleym ﵀ demişdir: “Məkkəyə gəlib Əta ibn Əbi Rabahla görüşdüm və ona dedim: “Ey Əbu Muhəmməd! Bəsrəlilər qədər haqqında danışırlar”. O soruşdu: “Ey oğul, Quran oxuyursan?” Mən: “Bəli”- deyə cavab verdim. O dedi: “Zuxruf surəsini oxu!” Mən də oxudum: “Ha. Mim. (Bu) aydın Kitaba and olsun! Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız. Şübhəsiz ki, o yanımızdakı “Ummul-Kitab”dadır. O ucadır, hikmətlə doludur” (əz-Zuxruf, 1-4). O soruşdu: “Ummul-Kitab”ın nə olduğunu bilirsən?” Mən: “Allah və Onun Elçisi daha yaxşı bilir”- deyə cavab verdim. O dedi: “Həqiqətən, o, Allahın göyləri və yeri yaratmasından qabaq yazdığı Kitabdır. Orada Fironun Cəhənnəm əhlindən olduğu və “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (əl-Məsəd, 1) - ayəsi yazılmışdır”. Əta ibn Əbu Rabah dedi: “Mən Allah Elçisinin ﷺ səhabəsi Vəlid ibn Ubadə ibn əs-Samitlə görüşüb ondan soruşdum: “Sənin atan ölərkən nə vəsiyyət etmişdir?” O da belə cavab verdi: “Atam məni çağırıb dedi: “Ey oğul, Allahdan qorx və bil ki, sən Allaha və bütövlükdə qədərin xeyir və şərinə iman etmədikcə, heç vaxt Allaha qarşı təqvalı olmazsan. Bundan qeyri (etiqad) üzərində ölsən, Cəhənnəmə daxil olarsan. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allahın yaratdığı ilk şey qələmdir. Allah ona: “Yaz!”- deyə buyurdu. O dedi: “Nə yazım?” Allah buyurdu: “Qədəri yaz! - Əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi”.”

Abdul-Vahid ibn Suleym
SəhihQüdsi hədislər, 2 (Kitab 1, 2)

Qeyd

ət-Tirmizi, 2155, 3319. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 133. İslam alimlərinə görə hədisdəki “əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi” kəlamı Peyğəmbərə ﷺ aiddir. “Əvvəl olmuş” kəlamı Peyğəmbərin ﷺ hədisi danışdığı andan əvvəl olmuş və ya Allahın qələmi yaratmasından əvvəl Ərş, su, külək və s. yaradılanların olması kimi şərh edilir.

Fəsil 2

Adəmin zürriyyətinin etirafı

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «أَخَذَ اللَّهُ الْمِيثَاقَ مِنْ ظَهْرِ آدَمَ بِنَعْمَانَ - يَعْنِى عَرَفَةَ - فَأَخْرَجَ مِنْ صُلْبِهِ كُلَّ ذُرِّيَّةٍ ذَرَأَهَا فَنَثَرَهُمْ بَيْنَ يَدَيْهِ كَالذَّرِّ ثُمَّ كَلَّمَهُمْ قِبَلاً قَالَ ﴿أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَى شَهِدْنَا أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ أَوْ تَقُولُوا إِنَّمَا أَشْرَكَ آبَاؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِنْ بَعْدِهِمْ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُونَ﴾»

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah Arafa günü “Nəman” deyilən yerdə Adəmin belindən onun zürriyyətini çıxararaq onlardan əhd aldı. Onları Adəmin önünə zərrəciklər kimi səpələdi. Sonra onlara birbaşa müraciət edərək: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə soruşdu. Onlar: “Bəli, biz şahid olduq!”- deyə cavab verdilər. (Bu ona görədir ki,) siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”- deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”- deməyəsiniz” (əl-Əraf, 172-173)”.”

İbn Abbas
SəhihQüdsi hədislər, 3 (Kitab 1, 3)

Qeyd

Əhməd, 2327, 2455, 2499. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1623; Mişkətul-Məsabih, 121.

عَنْ مُسْلِمِ بْنِ يَسَارٍ الْجُهَنِىِّ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ سُئِلَ عَنْ هَذِهِ الآيَةِ ﴿وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِى آدَمَ مِنْ ظُهُورِهِمْ﴾ قَالَ قَرَأَ الْقَعْنَبِىُّ الآيَةَ. فَقَالَ عُمَرُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ عَنْهَا فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ آدَمَ ثُمَّ مَسَحَ ظَهْرَهُ بِيَمِينِهِ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلْجَنَّةِ وَبِعَمَلِ أَهْلِ الْجَنَّةِ يَعْمَلُونَ ثُمَّ مَسَحَ ظَهْرَهُ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلنَّارِ وَبِعَمَلِ أَهْلِ النَّارِ يَعْمَلُونَ». فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ فَفِيمَ الْعَمَلُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ إِذَا خَلَقَ الْعَبْدَ لِلْجَنَّةِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ الْجَنَّةِ فَيُدْخِلَهُ بِهِ الْجَنَّةَ وَإِذَا خَلَقَ الْعَبْدَ لِلنَّارِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ النَّارِ فَيُدْخِلَهُ بِهِ النَّارَ».

“Muslim ibn Yəsər əl-Cuhəni ﵀ rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xattabdan bu ayə haqda soruşuldu: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”- deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”- demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”- deməyəsiniz” (əl-Əraf, 172). əl-Qanabi ayəni oxudu. Ömər dedi: “Mən Allah Elçisinin ﷺ bu ayə haqqında soruşulduğunu eşitdim. Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ Adəmi yaratdı, sonra sağ əlini onun belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cənnət üçün yaratdım, Cənnət əhlinin əməlini edəcəklər”. Sonra (Allah yenə əlini Adəmin) belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cəhənnəm üçün yaratdım, Cəhənnəm əhlinin əməlini edəcəklər”. Bir kişi dedi: “Ey Allahın Elçisi, onda əməl nəyə lazımdır?” Allah Elçisi ﷺ dedi: “Həqiqətən, Allah ﷿ bir qulu Cənnət üçün yaratmış olsa, onu Cənnət əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cənnət əhlinin əməllərindən biri üzərində ölər və onunla Cənnətə daxil olar. Habelə, Allah bir qulu Cəhənnəm üçün yaratmış olsa, onu Cəhənnəm əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cəhənnəm əhlinin əməllərindən biri üzərində ölər və onunla Cəhənnəmə daxil olar”.”

Muslim ibn Yəsər əl-Cuhəni
SəhihQüdsi hədislər, 4 (Kitab 1, 4)

Qeyd

Əbu Davud, 4705. Hədisin “onun belinə çəkdi” sözündən başqa qalan hissəsi səhihdir. Bax: Mişkətul-Məsabih, 96.

Fəsil 3

Cənnət əməlisalehlərin yurdudur

قد روينا عن عبد الله عن عمر وابن عمر أيضا موقوفا ومرفوعا: أن الله تعالى لما خلق الجنة قَالَتِ الْمَلاَئِكَةُ: يَا رَبَّنَا اجعل لنا هذه فإنك خلقت لبني آدَمَ الدُّنْيَا يَأْكُلُونَ فيها ويشربون فقال الله تعالى: وَعِزَّتِي وَجَلَالِي لاَ أَجْعَلُ صَالِحَ ذُرِّيَّةِ مَنْ خَلَقْتُ بِيَدَيَّ كَمَنْ قُلْتُ لَهُ : كُنْ فَكَانَ.

“Abdullah ibn Amr və Abdullah ibn Ömər ﵄ məvquf və mərfu sənədlə rəvayət etmişlər ki, Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm oğulları üçün dünyanı yaratmısan. Onlar orada yeyir və içirlər”. Uca Allah buyurdu: “İzzətimə və Ucalığıma and olsun ki, Öz Əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini, “Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”.”

Abdullah ibn Amr və İbn Ömər
SəhihQüdsi hədislər, 5 (Kitab 1, 5)

Qeyd

əd-Dərimi “Radd alə Bişrul-Mərrisi” 1/256. Hədis səhih məvqufdur.

Fəsil 4

Cənnət və Cəhənnəm əhlinin əzəldən məlum olması

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ قَتَادَةَ السُّلَمِىِّ أَنَّهُ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ خَلَقَ آدَمَ ثُمَّ أَخَذَ الْخَلْقَ مِنْ ظَهْرِهِ وَقَالَ هَؤُلاَءِ فِى الْجَنَّةِ وَلاَ أُبَالِى. وَهَؤُلاَءِ فِى النَّارِ وَلاَ أُبَالِى». قَالَ فَقَالَ قَائِلٌ يَا رَسُولَ اللَّهِ فَعَلَى مَاذَا نَعْمَلُ قَالَ «عَلَى مَوَاقِعِ الْقَدَرِ»

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Qatədə əs-Suləmi ﵁ demişdir: “Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ Adəmi yaratdıqdan sonra məxluqatı onun belindən götürüb belə buyurdu: “Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdirlər. Mənim üçün fərqi yoxdur”. Bir nəfər soruşdu: “Ey Allahın Elçisi! Onda biz nəyin əsasında əməl edəcəyik?” O: “Qədərin baş verməsi əsasında!”- deyə cavab verdi”.”

Abdur-Rahmən ibn Qatədə əs-Suləmi
SəhihQüdsi hədislər, 6 (Kitab 1, 6)

Qeyd

Əhməd, 17600, 18127. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 48.

عَنْ أَبِى نَضْرَةَ أَنَّ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُقَالُ لَهُ أَبُو عَبْدِ اللَّهِ دَخَلَ عَلَيْهِ أَصْحَابُهُ يَعُودُونَهُ وَهُوَ يَبْكِى فَقَالُوا لَهُ مَا يُبْكِيكَ أَلَمْ يَقُلْ لَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «خُذْ مِنْ شَارِبِكَ ثُمَّ أَقِرَّهُ حَتَّى تَلْقَانِى». قَالَ بَلَى وَلَكِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَبَضَ بِيَمِينِهِ قَبْضَةً وَأُخْرَى بِالْيَدِ الأُخْرَى وَقَالَ هَذِهِ لِهَذِهِ وَهَذِهِ لِهَذِهِ وَلاَ أُبَالِى». فَلاَ أَدْرِى فِى أَىِّ الْقَبْضَتَيْنِ أَنَا

“Əbu Nədra ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ səhabələrindən olan Əbu Abdullah adlı bir kişinin dostları, ona baş çəkmək üçün yanına gəldilər və onun ağladığını gördülər. Dostları ona dedilər: “Səni ağladan nədir? Məgər Allah Elçisi ﷺ sənə: “Mənimlə görüşənə qədər bığını qısalt və boya!”- demədimi?” O da belə cavab verdi: “Bəli, lakin mən Allah Elçisinin ﷺ belə buyurduğunu da eşitdim: “Allah ﷿ sağ Əli ilə bir ovuc (insanları Adəmin belindən) götürdü, o biri Əli ilə də bir ovuc yerdə qalanları götürüb buyurdu: “Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdir. Mənim üçün fərqi yoxdur”. Mən isə iki ovucdan hansında olduğumu bilmirəm”.”

Əbu Nədra
SəhihQüdsi hədislər, 7 (Kitab 1, 7)

Qeyd

Əhməd, 16932, 17593, 17629. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 120.

عَنْ أَبِى الدَّرْدَاءِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَلَقَ اللَّهُ آدَمَ حِينَ خَلَقَهُ فَضَرَبَ كَتِفَهُ الْيُمْنَى فَأَخْرَجَ ذُرِّيَّةً بَيْضَاءَ كَأَنَّهُمُ الذَّرُّ وَضَرَبَ كَتِفَهُ الْيُسْرَى فَأَخْرَجَ ذُرِّيَّةً سَوْدَاءَ كَأَنَّهُمُ الْحُمَمُ فَقَالَ لِلَّذِى فِى يَمِينِهِ إِلَى الْجَنَّةِ وَلاَ أُبَالِى وَقَالَ لِلَّذِى فِى كَفِّهِ الْيُسْرَى إِلَى النَّارِ وَلاَ أُبَالِى»

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah Adəmi yaratdığı zaman onun sağ çiyninə vurub kiçik qarışqalar kimi ağ zürriyyət çıxartdı, sol çiyninə vurub kömür kimi qara zürriyyət çıxartdı. Adəmin sağında olanlara: “Kimliyindən asılı olmayaraq Cənnətə daxil edəcəyəm!”, solunda olanlara isə “Kimliyindən asılı olmayaraq Cəhənnəmə daxil edəcəyəm!”- buyurdu”.”

Əbu əd-Dərdə
SəhihQüdsi hədislər, 8 (Kitab 1, 8)

Qeyd

Əhməd, 26216, 27488, 28250. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 49.

Fəsil 5

İnsanın artıq ana bətnində qədəri yazılır

عَنْ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ الصَّادِقُ الْمَصْدُوقُ قَالَ «يُجْمَعُ خَلْقُ أَحَدِكُمْ فِى بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَبْعَثُ اللَّهُ إِلَيْهِ الْمَلَكَ فَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ فَيَقُولُ اكْتُبْ عَمَلَهُ وَأَجَلَهُ وَرِزْقَهُ وَشَقِىٌّ أَمْ سَعِيدٌ. فَوَالَّذِى نَفْسِى بِيَدِهِ إِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُهَا وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ فَيَدْخُلُهَا».

“Abdullah ibn Məsud ﵁ doğru danışan və doğruluğu təsdiq olunan Allah Elçisinin ﷺ bizə belə buyurduğunu rəvayət edir: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” Canım əlində olan Allaha and olsun ki, həqiqətən, sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biriniz Cəhənnəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər”.”

Abdullah ibn Məsud
SəhihQüdsi hədislər, 9 (Kitab 1, 9)

Qeyd

İbn Məcə, 76, 80; əl-Buxari, 2969, 3208.