Qədər və yaradılış

Cənnət və Cəhənnəm əhlinin əzəldən məlum olması

عَنْ أَبِى نَضْرَةَ أَنَّ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُقَالُ لَهُ أَبُو عَبْدِ اللَّهِ دَخَلَ عَلَيْهِ أَصْحَابُهُ يَعُودُونَهُ وَهُوَ يَبْكِى فَقَالُوا لَهُ مَا يُبْكِيكَ أَلَمْ يَقُلْ لَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «خُذْ مِنْ شَارِبِكَ ثُمَّ أَقِرَّهُ حَتَّى تَلْقَانِى». قَالَ بَلَى وَلَكِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَبَضَ بِيَمِينِهِ قَبْضَةً وَأُخْرَى بِالْيَدِ الأُخْرَى وَقَالَ هَذِهِ لِهَذِهِ وَهَذِهِ لِهَذِهِ وَلاَ أُبَالِى». فَلاَ أَدْرِى فِى أَىِّ الْقَبْضَتَيْنِ أَنَا

“Əbu Nədra ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ səhabələrindən olan Əbu Abdullah adlı bir kişinin dostları, ona baş çəkmək üçün yanına gəldilər və onun ağladığını gördülər. Dostları ona dedilər: “Səni ağladan nədir? Məgər Allah Elçisi ﷺ sənə: “Mənimlə görüşənə qədər bığını qısalt və boya!”- demədimi?” O da belə cavab verdi: “Bəli, lakin mən Allah Elçisinin ﷺ belə buyurduğunu da eşitdim: “Allah ﷿ sağ Əli ilə bir ovuc (insanları Adəmin belindən) götürdü, o biri Əli ilə də bir ovuc yerdə qalanları götürüb buyurdu: “Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdir. Mənim üçün fərqi yoxdur”. Mən isə iki ovucdan hansında olduğumu bilmirəm”.”

Əbu Nədra
Səhih

Qeyd

Əhməd, 16932, 17593, 17629. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 120.

İstinad

Qüdsi hədislər, 7 (Kitab 1, 7)

Səhih qüdsi hədislər — Qədər və yaradılış