İnsanın artıq ana bətnində qədəri yazılır
عَنْ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ الصَّادِقُ الْمَصْدُوقُ قَالَ «يُجْمَعُ خَلْقُ أَحَدِكُمْ فِى بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ ثُمَّ يَبْعَثُ اللَّهُ إِلَيْهِ الْمَلَكَ فَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ فَيَقُولُ اكْتُبْ عَمَلَهُ وَأَجَلَهُ وَرِزْقَهُ وَشَقِىٌّ أَمْ سَعِيدٌ. فَوَالَّذِى نَفْسِى بِيَدِهِ إِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُهَا وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إِلاَّ ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ فَيَدْخُلُهَا».
“Abdullah ibn Məsud ﵁ doğru danışan və doğruluğu təsdiq olunan Allah Elçisinin ﷺ bizə belə buyurduğunu rəvayət edir: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” Canım əlində olan Allaha and olsun ki, həqiqətən, sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biriniz Cəhənnəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər”.”
Qeyd
İbn Məcə, 76, 80; əl-Buxari, 2969, 3208.
İstinad
Qüdsi hədislər, 9 (Kitab 1, 9)
Səhih qüdsi hədislər — Qədər və yaradılış