Şirkin təhlükəsi
عَنِ الضَّحَّاكِ بْنِ قَيْسٍ الْفِهْرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "إِنَّ اللَّهَ يَقُولُ: أَنَا خَيْرُ شَرِيكٍ، فَمَنْ أَشْرَكَ بِي أَحَدًا فَهُوَ لِشَرِيكِي" يَا أَيُّهَا النَّاسُ، أَخْلِصُوا الأَعْمَالَ لِلَّهِ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لا يَقْبَلُ مِنَ الْعَمَلِ أَلا مَا خَلُصَ لَهُ، وَلا تَقُولُوا: هَذَا لِلَّهِ وَلِلرَّحِمِ ، فَإِنَّهُ لِلرَّحِمِ، وَلَيْسَ لِلَّهِ مِنْهُ شَيْءٌ، وَلا تَقُولُوا: هَذَا لِلَّهِ وَلِوُجُوهِكُمْ، فَإِنَّهُ لِوُجُوهِكُمْ، وَلَيْسَ لِلَّهِ عَزَّ وَجَلَّ مِنْهُ شَيْءٌ
“Rəvayət edilir ki, Dahhak ibn Qeys əl-Fihri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah belə buyurur: “Mən ən yaxşı şərikəm. Kim bir əməldə kimisə Mənə şərik qoşarsa, o əməl şərikimin olar”. (Allah Elçisi ﷺ dedi:) “Ey insanlar, əməlləri yalnız Allah xatirinə edin! Çünki, Allah ﷿ yalnız Onun xatirinə edilən əməlləri qəbul edir. (Bir əməl edərkən) deməyin ki, “Bu, Allah xatirinə və qohumluq xatirinədir”. Bilin ki, (bu cür edilən əməllər) yalnız qohumluq xatirinədir, Allah xatirinə edilmiş sayılmaz. Həmçinin, (bir əməl edərkən) deməyin ki, bu, Allah xatirinə və sizin razılığınız üçündür”. Bilin ki, (bu cür edilən əməllər) yalnız sizin üçündür, Allah ﷿ xatirinə edilmiş sayılmaz”.”
Qeyd
İbn Qani “Mucəmus-Sahabə” 473; əd-Dəraqutni, 133; əl-Beyhəqi “Şuabul-İman” 6417, 6836. Hədis səhih li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 2764.
İstinad
Qüdsi hədislər, 14 (Kitab 2, 5)
Səhih qüdsi hədislər — Tövhid