Kitab 2

Tövhid

13

hədis

Fəsil 1

Tövhidin fəziləti

عَنْ أَبِى ذَرٍّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَأَزِيدُ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَجَزَاؤُهُ سَيِّئَةٌ مِثْلُهَا أَوْ أَغْفِرُ وَمَنْ تَقَرَّبَ مِنِّى شِبْرًا تَقَرَّبْتُ مِنْهُ ذِرَاعًا وَمَنْ تَقَرَّبَ مِنِّى ذِرَاعًا تَقَرَّبْتُ مِنْهُ بَاعًا وَمَنْ أَتَانِى يَمْشِى أَتَيْتُهُ هَرْوَلَةً وَمَنْ لَقِيَنِى بِقُرَابِ الأَرْضِ خَطِيئَةً لاَ يُشْرِكُ بِى شَيْئًا لَقِيتُهُ بِمِثْلِهَا مَغْفِرَةً»

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram”.”

Əbu Zərr
SəhihQüdsi hədislər, 10 (Kitab 2, 1)

Qeyd

Muslim, 2687, 4852, 7009.

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مُجَادَلَةُ أَحَدِكُمْ فِى الْحَقِّ يَكُونُ لَهُ فِى الدُّنْيَا بِأَشَدَّ مُجَادَلَةً مِنَ الْمُؤْمِنِينَ لِرَبِّهِمْ فِى إِخْوَانِهِمُ الَّذِينَ أُدْخِلُوا النَّارَ - قَالَ - يَقُولُونَ رَبَّنَا إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا وَيَصُومُونَ مَعَنَا وَيَحُجُّونَ مَعَنَا فَأَدْخَلْتَهُمُ النَّارَ. قَالَ فَيَقُولُ اذْهَبُوا فَأَخْرِجُوا مَنْ عَرَفْتُمْ مِنْهُمْ. قَالَ فَيَأْتُونَهُمْ فَيَعْرِفُونَهُمْ بِصُوَرِهِمْ فَمِنْهُمْ مَنْ أَخَذَتْهُ النَّارُ إِلَى أَنْصَافِ سَاقَيْهِ وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ إِلَى كَعْبَيْهِ فَيُخْرِجُونَهُمْ فَيَقُولُونَ رَبَّنَا قَدْ أَخْرَجْنَا مَنْ أَمَرْتَنَا. قَالَ وَيَقُولُ أَخْرِجُوا مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ دِينَارٍ مِنَ الإِيمَانِ. ثُمَّ قَالَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ نِصْفِ دِينَارٍ حَتَّى يَقُولَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ ذَرَّةٍ». قَالَ أَبُو سَعِيدٍ فَمَنْ لَمْ يُصَدِّقْ فَلْيَقْرَأْ هَذِهِ الآيَةَ ﴿إِنَّ اللَّهَ لاَ يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ﴾ إِلَى ﴿عَظِيمًا﴾.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbblərinə yalvarmaları sizdən birinizin dünyada haqq uğrunda yalvarmasından daha şiddətli olacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnəmə saldın”. Allah buyuracaq: “Gedin və tanıdıqlarınızı oradan çıxardın!” Möminlər gəlib onları görkəmlərindən tanıyacaqlar. Od onlardan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəsləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağırlığında”- hətta “zərrə ağırlığında”- deyə buyuracaq”. Əbu Səid əl-Xudri dedi: “Kim inanmırsa, bu ayəni oxusun: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”.”

Əbu Səid əl-Xudri
SəhihQüdsi hədislər, 11 (Kitab 2, 2)

Qeyd

ən-Nəsəi “Sunən” 5027. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 5010.

Fəsil 2

“Bitaqa” hədisi

عَنْ عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُصَاحُ بِرَجُلٍ مِنْ أُمَّتِى يَوْمَ الْقِيَامَةِ عَلَى رُءُوسِ الْخَلاَئِقِ فَيُنْشَرُ لَهُ تِسْعَةٌ وَتِسْعُونَ سِجِلاًّ كُلُّ سِجِلٍّ مَدَّ الْبَصَرِ ثُمَّ يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ هَلْ تُنْكِرُ مِنْ هَذَا شَيْئًا فَيَقُولُ لاَ يَا رَبِّ فَيَقُولُ أَظَلَمَتْكَ كَتَبَتِى الْحَافِظُونَ ثُمَّ يَقُولُ أَلَكَ عُذْرٌ أَلَكَ حَسَنَةٌ فَيُهَابُ الرَّجُلُ فَيَقُولُ لاَ. فَيَقُولُ بَلَى إِنَّ لَكَ عِنْدَنَا حَسَنَاتٍ وَإِنَّهُ لاَ ظُلْمَ عَلَيْكَ الْيَوْمَ فَتُخْرَجُ لَهُ بِطَاقَةٌ فِيهَا أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ قَالَ فَيَقُولُ يَا رَبِّ مَا هَذِهِ الْبِطَاقَةُ مَعَ هَذِهِ السِّجِلاَّتِ فَيَقُولُ إِنَّكَ لاَ تُظْلَمُ. فَتُوضَعُ السِّجِلاَّتُ فِى كِفَّةٍ وَالْبِطَاقَةُ فِى كِفَّةٍ فَطَاشَتِ السِّجِلاَّتُ وَثَقُلَتِ الْبِطَاقَةُ»

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Allah ﷿ buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi?” O: “Xeyr, ya Rəbb!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əməlləri yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?” O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “əşhədu ən-lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rasuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ya Rəbb! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?” Allah buyuracaq: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq”.”

Abdullah ibn Amr
SəhihQüdsi hədislər, 12 (Kitab 2, 3)

Qeyd

ət-Tirmizi, 2639, 2850; İbn Məcə, 4300, 4442. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 135.

Fəsil 3

Şirkin təhlükəsi

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى «أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنْ الشِّرْكِ مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Uca Allah buyurdu: “Mən şərik olmağa möhtac deyiləm. Kim bir əməl edər və əməlində bir kəsi Mənə şərik qoşarsa, bu əməli (qəbul etmərəm) Mənə şərik qoşulana tərk edərəm”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 13 (Kitab 2, 4)

Qeyd

Muslim, 2985, 5300, 7666.

عَنِ الضَّحَّاكِ بْنِ قَيْسٍ الْفِهْرِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "إِنَّ اللَّهَ يَقُولُ: أَنَا خَيْرُ شَرِيكٍ، فَمَنْ أَشْرَكَ بِي أَحَدًا فَهُوَ لِشَرِيكِي" يَا أَيُّهَا النَّاسُ، أَخْلِصُوا الأَعْمَالَ لِلَّهِ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لا يَقْبَلُ مِنَ الْعَمَلِ أَلا مَا خَلُصَ لَهُ، وَلا تَقُولُوا: هَذَا لِلَّهِ وَلِلرَّحِمِ ، فَإِنَّهُ لِلرَّحِمِ، وَلَيْسَ لِلَّهِ مِنْهُ شَيْءٌ، وَلا تَقُولُوا: هَذَا لِلَّهِ وَلِوُجُوهِكُمْ، فَإِنَّهُ لِوُجُوهِكُمْ، وَلَيْسَ لِلَّهِ عَزَّ وَجَلَّ مِنْهُ شَيْءٌ

“Rəvayət edilir ki, Dahhak ibn Qeys əl-Fihri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah belə buyurur: “Mən ən yaxşı şərikəm. Kim bir əməldə kimisə Mənə şərik qoşarsa, o əməl şərikimin olar”. (Allah Elçisi ﷺ dedi:) “Ey insanlar, əməlləri yalnız Allah xatirinə edin! Çünki, Allah ﷿ yalnız Onun xatirinə edilən əməlləri qəbul edir. (Bir əməl edərkən) deməyin ki, “Bu, Allah xatirinə və qohumluq xatirinədir”. Bilin ki, (bu cür edilən əməllər) yalnız qohumluq xatirinədir, Allah xatirinə edilmiş sayılmaz. Həmçinin, (bir əməl edərkən) deməyin ki, bu, Allah xatirinə və sizin razılığınız üçündür”. Bilin ki, (bu cür edilən əməllər) yalnız sizin üçündür, Allah ﷿ xatirinə edilmiş sayılmaz”.”

Dahhak ibn Qeys əl-Fihri
SəhihQüdsi hədislər, 14 (Kitab 2, 5)

Qeyd

İbn Qani “Mucəmus-Sahabə” 473; əd-Dəraqutni, 133; əl-Beyhəqi “Şuabul-İman” 6417, 6836. Hədis səhih li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 2764.

Fəsil 4

Riyakarlığın aqibəti

عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمُ الشِّرْكُ الأَصْغَرُ». قَالُوا يَا رَسُولَ اللَّهِ وَمَا الشِّرْكُ الأَصْغَرُ قَالَ «الرِّيَاءُ إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى يَقُولُ يَوْمَ تُجَازَى الْعِبَادُ بِأَعْمَالِهِمُ اذْهَبُوا إِلَى الَّذِينَ كُنْتُمْ تُرَاءُونَ بِأَعْمَالِكُمْ فِى الدُّنْيَا فَانْظُرُوا هَلْ تَجِدُونَ عِنْدَهُمْ جَزَاءً»

“Rəvayət edilir ki, Mahmud ibn Ləbid ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizə görə ən çox qorxduğum şey kiçik şirkdir”. Dedilər: “Ey Allahın Elçisi, kiçik şirk nədir?” O buyurdu: “Riyakarlıq. Uca Allah qulların əməllərinin əvəzini verəcəyi gün (riyakarlara) deyəcək: “Dünyada əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin! Baxın, görün, onlar etdiklərinizin əvəzini verə bilirlərmi?!””

Mahmud ibn Ləbid
SəhihQüdsi hədislər, 15 (Kitab 2, 6)

Qeyd

Əhməd, 22523, 22528, 23630, 23686, 24350, 24356. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1555.

عَنْ أَبِى هُرَيْرَةَ فَقَالَ لَهُ نَاتِلُ أَهْلِ الشَّامِ أَيُّهَا الشَّيْخُ حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ نَعَمْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ أَوَّلَ النَّاسِ يُقْضَى يَوْمَ الْقِيَامَةِ عَلَيْهِ رَجُلٌ اسْتُشْهِدَ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ قَاتَلْتُ فِيكَ حَتَّى اسْتُشْهِدْتُ. قَالَ كَذَبْتَ وَلَكِنَّكَ قَاتَلْتَ لأَنْ يُقَالَ جَرِىءٌ. فَقَدْ قِيلَ. ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِىَ فِى النَّارِ وَرَجُلٌ تَعَلَّمَ الْعِلْمَ وَعَلَّمَهُ وَقَرَأَ الْقُرْآنَ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ تَعَلَّمْتُ الْعِلْمَ وَعَلَّمْتُهُ وَقَرَأْتُ فِيكَ الْقُرْآنَ. قَالَ كَذَبْتَ وَلَكِنَّكَ تَعَلَّمْتَ الْعِلْمَ لِيُقَالَ عَالِمٌ. وَقَرَأْتَ الْقُرْآنَ لِيُقَالَ هُوَ قَارِئٌ. فَقَدْ قِيلَ ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِىَ فِى النَّارِ. وَرَجُلٌ وَسَّعَ اللَّهُ عَلَيْهِ وَأَعْطَاهُ مِنْ أَصْنَافِ الْمَالِ كُلِّهِ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ مَا تَرَكْتُ مِنْ سَبِيلٍ تُحِبُّ أَنْ يُنْفَقَ فِيهَا إِلاَّ أَنْفَقْتُ فِيهَا لَكَ قَالَ كَذَبْتَ وَلَكِنَّكَ فَعَلْتَ لِيُقَالَ هُوَ جَوَادٌ. فَقَدْ قِيلَ ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ ثُمَّ أُلْقِىَ فِى النَّارِ» ثُمَّ ضَرَبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رُكْبَتِى فَقَالَ «يَا أَبَا هُرَيْرَةَ أُولَئِكَ الثَّلاَثَةُ أَوَّلُ خَلْقِ اللَّهِ تُسَعَّرُ بِهِمُ النَّارُ يَوْمَ الْقِيَامَةِ»

“Rəvayət edilir ki, Şam əhlinin öndə gedəni Əbu Hureyraya ﵁ belə dedi: “Ey şeyx! Bizə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis danış!” Əbu Hureyra dedi: “Yaxşı. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “qəhrəmandır”- desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib, Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin xatirinə elm öyrənib, onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan deyirsən! Sənə “alimdir”- desinlər, həmçinin “qaridir”- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra (dünyada) zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlər müqabilində nə etmisən?” O: “Var-dövlətimi Sənin yolunda xərcləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “nə səxavətli insandır”- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib, Cəhənnəmə atacaqlar”. Digər rəvayətdə belə əlavə vardır: “…Sonra Allah Elçisi ﷺ dizimə vurdu və: “Ey Əbu Hureyra! Bu üç nəfər Qiyamət günü Allahın yaratdıqları içində Cəhənnəm odunda yanan ilk kimsələrdir”- deyə buyurdu”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 16 (Kitab 2, 7)

Qeyd

ət-Tirmizi, 2382, 2557. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1713.

Fəsil 5

Kafirin yer boyda fidyə vermək istəyi

عَنْ أَنَسٍ يَرْفَعُهُ «أَنَّ اللَّهَ يَقُولُ لأَهْوَنِ أَهْلِ النَّارِ عَذَابًا لَوْ أَنَّ لَكَ مَا فِى الأَرْضِ مِنْ شَىْءٍ كُنْتَ تَفْتَدِى بِهِ قَالَ نَعَمْ. قَالَ فَقَدْ سَأَلْتُكَ مَا هُوَ أَهْوَنُ مِنْ هَذَا وَأَنْتَ فِى صُلْبِ آدَمَ أَنْ لاَ تُشْرِكَ بِى. فَأَبَيْتَ إِلاَّ الشِّرْكَ»

“Ənəs ﵁ Peyğəmbərdən ﷺ rəvayət edərək demişdir: “(Qiyamət günü) Allah Cəhənnəmdə ən yüngül əzaba məruz qalan bir kimsəyə deyəcək: “Əgər dünyada olan hər şey sənin olsaydı, onu (əzabdan xilas olmağın üçün) fidyə verərdinmi?” O: “Bəli!”- deyə cavab verəcək. Onda Allah buyuracaq: “Sən hələ Adəmin belində ikən Mən səndən bundan daha yüngül olanı - Mənə şərik qoşmamağı tələb etmişdim. Sən isə məhz şərik qoşmağı seçdin”.”

Ənəs
SəhihQüdsi hədislər, 17 (Kitab 2, 8)

Qeyd

əl-Buxari, 3156, 3334, 6538; Muslim, 5018, 7261.

Fəsil 6

“Bizə filan ulduza görə yağış endirildi” deyənlərin küfr etməsi

عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِىِّ أَنَّهُ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الصُّبْحِ بِالْحُدَيْبِيَةِ عَلَى إِثْرِ سَمَاءٍ كَانَتْ مِنَ اللَّيْلَةِ، فَلَمَّا انْصَرَفَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ «هَلْ تَدْرُونَ مَاذَا قَالَ رَبُّكُمْ». قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ «أَصْبَحَ مِنْ عِبَادِى مُؤْمِنٌ بِى وَكَافِرٌ، فَأَمَّا مَنْ قَالَ مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ فَذَلِكَ مُؤْمِنٌ بِى وَكَافِرٌ بِالْكَوْكَبِ، وَأَمَّا مَنْ قَالَ بِنَوْءِ كَذَا وَكَذَا فَذَلِكَ كَافِرٌ بِى وَمُؤْمِنٌ بِالْكَوْكَبِ»

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ Hudeybiyyədə gecə ikən yağmış yağışdan sonra bizə Sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə buyurdu?” (Əshabələr:) “Allah və Onun Elçisi daha yaxşı bilir!”- dedilər. Peyğəmbər ﷺ dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. “Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir”- deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur”- deyənlərə gəldikdə isə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər”.”

Zeyd ibn Xalid əl-Cuhəni
SəhihQüdsi hədislər, 18 (Kitab 2, 9)

Qeyd

əl-Buxari, 801, 810, 846, 980, 991, 1038.

Fəsil 7

“Adəm övladı Məni yalançı sayır” hədisi

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ كَذَّبَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، وَشَتَمَنِى وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، فَأَمَّا تَكْذِيبُهُ إِيَّاىَ فَزَعَمَ أَنِّى لاَ أَقْدِرُ أَنْ أُعِيدَهُ كَمَا كَانَ، وَأَمَّا شَتْمُهُ إِيَّاىَ فَقَوْلُهُ لِى وَلَدٌ، فَسُبْحَانِى أَنْ أَتَّخِذَ صَاحِبَةً أَوْ وَلَدًا»

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah buyurur: “Adəm övladı Məni yalançı sayır. Halbuki, bunu etməyə onun haqqı yoxdur. Habelə, o, Məni təhqir edir. Halbuki, buna da onun haqqı yoxdur. Məni yalançı sayması, onu öldürdükdən sonra yenidən yaradacağımı təkzib etməsidir. Məni təhqir etməsi isə Mənə övlad isnad etməsidir. Halbuki, Mən pak və müqəddəsəm, Özümə zövcə və ya övlad götürməkdən uzağam!””

İbn Abbas
SəhihQüdsi hədislər, 19 (Kitab 2, 10)

Qeyd

əl-Buxari, 4122, 4212, 4482.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ كَذَّبَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ يَنْبَغِى لَهُ أَنْ يُكَذِّبَنِى وَشَتَمَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ يَنْبَغِى لَهُ أَنْ يَشْتِمَنِى أَمَّا تَكْذِيبُهُ إِيَّاىَ فَقَوْلُهُ إِنِّى لاَ أُعِيدُهُ كَمَا بَدَأْتُهُ وَلَيْسَ آخِرُ الْخَلْقِ بِأَعَزَّ عَلَىَّ مِنْ أَوَّلِهِ وَأَمَّا شَتْمُهُ إِيَّاىَ فَقَوْلُهُ اتَّخَذَ اللَّهُ وَلَدًا وَأَنَا اللَّهُ الأَحَدُ الصَّمَدُ لَمْ أَلِدْ وَلَمْ أُولَدْ وَلَمْ يَكُنْ لِى كُفُوًا أَحَدٌ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ buyurur: “Adəm oğlu Məni yalançı hesab edir. Halbuki, ona (belə etmək) yaraşmaz. Habelə, Adəm oğlu Məni təhqir edir. Halbuki, ona Məni təhqir etmək yaraşmaz. Onun Məni yalançı hesab etməsinə gəlincə, bu onun: “Allah məni ilk dəfə yaratdığı kimi, yenidən yarada bilməz”- deməsidir. (Qiyamət günü) məxluqatı yenidən yaratmaq Mənim üçün çətin deyil. Onun təhqirinə gəldikdə - bu, onun Allahın oğlu olduğunu iddia etməsidir. Halbuki, Mən Tək, Möhtac olmayan, nə doğmayan, nə doğulmayan, nə də bənzəri olmayan Allaham”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 20 (Kitab 2, 11)

Qeyd

ən-Nəsəi “Sunən” 2078, 2090; əl-Buxari, 4592, 4690, 4974.

Fəsil 8

Zamanı söymək haramdır

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ يُؤْذِينِى ابْنُ آدَمَ، يَسُبُّ الدَّهْرَ وَأَنَا الدَّهْرُ، بِيَدِى الأَمْرُ، أُقَلِّبُ اللَّيْلَ وَالنَّهَارَ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ buyurur: “Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir, çünki dəhr Mənəm. Hər şey Mənim Əlimdədir. Gecəni gündüzə, gündüzü də gecəyə çevirən Mənəm! Əgər istəsəm onları (gecə və gündüzü) götürərəm”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 21 (Kitab 2, 12)

Qeyd

İbn Hibban, 5715. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 531.

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : «لاَ يَقُلْ أَحَدُكُمْ: يَا خَيْبَةَ الدَّهْرِ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ: أَنَا الدَّهْرُ، أُرْسِلُ اللَّيْلَ وَالنَّهَارَ، فَإِذَا شِئْتُ قَبَضْتُهُمَا. وَلاَ يَقُولَنَّ لِلْعِنَبِ: الْكَرْمَ، فَإِنَّ الْكَرْمَ الرَّجُلُ الْمُسْلِمُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz: “Zəhrimara qalmış dəhr!”- deməsin, çünki Allah ﷿ belə buyurur: “Dəhr Mənəm. Gecəni və gündüzü göndərən Mənəm. İstəsəm, onları tutub saxlayaram”. Sizdən biriniz üzümə “səxavətli”- deməsin, çünki “səxavətlidir” müsəlman adama deyilir”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 22 (Kitab 2, 13)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 770. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 596.