Tövhidin fəziləti
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَا مُجَادَلَةُ أَحَدِكُمْ فِى الْحَقِّ يَكُونُ لَهُ فِى الدُّنْيَا بِأَشَدَّ مُجَادَلَةً مِنَ الْمُؤْمِنِينَ لِرَبِّهِمْ فِى إِخْوَانِهِمُ الَّذِينَ أُدْخِلُوا النَّارَ - قَالَ - يَقُولُونَ رَبَّنَا إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا وَيَصُومُونَ مَعَنَا وَيَحُجُّونَ مَعَنَا فَأَدْخَلْتَهُمُ النَّارَ. قَالَ فَيَقُولُ اذْهَبُوا فَأَخْرِجُوا مَنْ عَرَفْتُمْ مِنْهُمْ. قَالَ فَيَأْتُونَهُمْ فَيَعْرِفُونَهُمْ بِصُوَرِهِمْ فَمِنْهُمْ مَنْ أَخَذَتْهُ النَّارُ إِلَى أَنْصَافِ سَاقَيْهِ وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ إِلَى كَعْبَيْهِ فَيُخْرِجُونَهُمْ فَيَقُولُونَ رَبَّنَا قَدْ أَخْرَجْنَا مَنْ أَمَرْتَنَا. قَالَ وَيَقُولُ أَخْرِجُوا مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ دِينَارٍ مِنَ الإِيمَانِ. ثُمَّ قَالَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ نِصْفِ دِينَارٍ حَتَّى يَقُولَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ ذَرَّةٍ». قَالَ أَبُو سَعِيدٍ فَمَنْ لَمْ يُصَدِّقْ فَلْيَقْرَأْ هَذِهِ الآيَةَ ﴿إِنَّ اللَّهَ لاَ يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ﴾ إِلَى ﴿عَظِيمًا﴾.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbblərinə yalvarmaları sizdən birinizin dünyada haqq uğrunda yalvarmasından daha şiddətli olacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnəmə saldın”. Allah buyuracaq: “Gedin və tanıdıqlarınızı oradan çıxardın!” Möminlər gəlib onları görkəmlərindən tanıyacaqlar. Od onlardan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəsləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağırlığında”- hətta “zərrə ağırlığında”- deyə buyuracaq”. Əbu Səid əl-Xudri dedi: “Kim inanmırsa, bu ayəni oxusun: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”.”
Qeyd
ən-Nəsəi “Sunən” 5027. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 5010.
İstinad
Qüdsi hədislər, 11 (Kitab 2, 2)
Səhih qüdsi hədislər — Tövhid