“Bitaqa” hədisi
عَنْ عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُصَاحُ بِرَجُلٍ مِنْ أُمَّتِى يَوْمَ الْقِيَامَةِ عَلَى رُءُوسِ الْخَلاَئِقِ فَيُنْشَرُ لَهُ تِسْعَةٌ وَتِسْعُونَ سِجِلاًّ كُلُّ سِجِلٍّ مَدَّ الْبَصَرِ ثُمَّ يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ هَلْ تُنْكِرُ مِنْ هَذَا شَيْئًا فَيَقُولُ لاَ يَا رَبِّ فَيَقُولُ أَظَلَمَتْكَ كَتَبَتِى الْحَافِظُونَ ثُمَّ يَقُولُ أَلَكَ عُذْرٌ أَلَكَ حَسَنَةٌ فَيُهَابُ الرَّجُلُ فَيَقُولُ لاَ. فَيَقُولُ بَلَى إِنَّ لَكَ عِنْدَنَا حَسَنَاتٍ وَإِنَّهُ لاَ ظُلْمَ عَلَيْكَ الْيَوْمَ فَتُخْرَجُ لَهُ بِطَاقَةٌ فِيهَا أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ قَالَ فَيَقُولُ يَا رَبِّ مَا هَذِهِ الْبِطَاقَةُ مَعَ هَذِهِ السِّجِلاَّتِ فَيَقُولُ إِنَّكَ لاَ تُظْلَمُ. فَتُوضَعُ السِّجِلاَّتُ فِى كِفَّةٍ وَالْبِطَاقَةُ فِى كِفَّةٍ فَطَاشَتِ السِّجِلاَّتُ وَثَقُلَتِ الْبِطَاقَةُ»
“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Allah ﷿ buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi?” O: “Xeyr, ya Rəbb!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əməlləri yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?” O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “əşhədu ən-lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rasuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ya Rəbb! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?” Allah buyuracaq: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq”.”
Qeyd
ət-Tirmizi, 2639, 2850; İbn Məcə, 4300, 4442. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 135.
İstinad
Qüdsi hədislər, 12 (Kitab 2, 3)
Səhih qüdsi hədislər — Tövhid