“Adəm övladı Məni yalançı sayır” hədisi
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ كَذَّبَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ يَنْبَغِى لَهُ أَنْ يُكَذِّبَنِى وَشَتَمَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ يَنْبَغِى لَهُ أَنْ يَشْتِمَنِى أَمَّا تَكْذِيبُهُ إِيَّاىَ فَقَوْلُهُ إِنِّى لاَ أُعِيدُهُ كَمَا بَدَأْتُهُ وَلَيْسَ آخِرُ الْخَلْقِ بِأَعَزَّ عَلَىَّ مِنْ أَوَّلِهِ وَأَمَّا شَتْمُهُ إِيَّاىَ فَقَوْلُهُ اتَّخَذَ اللَّهُ وَلَدًا وَأَنَا اللَّهُ الأَحَدُ الصَّمَدُ لَمْ أَلِدْ وَلَمْ أُولَدْ وَلَمْ يَكُنْ لِى كُفُوًا أَحَدٌ»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ buyurur: “Adəm oğlu Məni yalançı hesab edir. Halbuki, ona (belə etmək) yaraşmaz. Habelə, Adəm oğlu Məni təhqir edir. Halbuki, ona Məni təhqir etmək yaraşmaz. Onun Məni yalançı hesab etməsinə gəlincə, bu onun: “Allah məni ilk dəfə yaratdığı kimi, yenidən yarada bilməz”- deməsidir. (Qiyamət günü) məxluqatı yenidən yaratmaq Mənim üçün çətin deyil. Onun təhqirinə gəldikdə - bu, onun Allahın oğlu olduğunu iddia etməsidir. Halbuki, Mən Tək, Möhtac olmayan, nə doğmayan, nə doğulmayan, nə də bənzəri olmayan Allaham”.”
Qeyd
ən-Nəsəi “Sunən” 2078, 2090; əl-Buxari, 4592, 4690, 4974.
İstinad
Qüdsi hədislər, 20 (Kitab 2, 11)
Səhih qüdsi hədislər — Tövhid