Azan verməyin fəziləti
عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «يَعْجَبُ رَبُّكَ مِنْ رَاعِى غَنَمٍ فِى رَأْسِ شَظِيَّةِ الْجَبَلِ يُؤَذِّنُ بِالصَّلاَةِ وَيُصَلِّى فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ انْظُرُوا إِلَى عَبْدِى هَذَا يُؤَذِّنُ وَيُقِيمُ الصَّلاَةَ يَخَافُ مِنِّى قَدْ غَفَرْتُ لِعَبْدِى وَأَدْخَلْتُهُ الْجَنَّةَ»
“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Rəbbin dağın başında qoyun otaran çobanın azan verib, namaz qılmasına təəccüb edir. Allah ﷿ belə buyurur: “Bu quluma baxın! Məndən qorxduğuna görə azan verib namaz qılır. Artıq Mən qulumu bağışladım və Cənnətə daxil etdim”.”
Qeyd
ən-Nəsəi “Sunən” 660, 666, 674. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 41.
İstinad
Qüdsi hədislər, 24 (Kitab 3, 2)
Səhih qüdsi hədislər — Namaz