Namaz

Fərz namazlarının fəziləti

إِنَّ أَبَا قَتَادَةَ بْنَ رِبْعِىٍّ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ افْتَرَضْتُ عَلَى أُمَّتِكَ خَمْسَ صَلَوَاتٍ وَعَهِدْتُ عِنْدِى عَهْدًا أَنَّهُ مَنْ حَافَظَ عَلَيْهِنَّ لِوَقْتِهِنَّ أَدْخَلْتُهُ الْجَنَّةَ وَمَنْ لَمْ يُحَافِظْ عَلَيْهِنَّ فَلاَ عَهْدَ لَهُ عِنْدِى»

“Əbu Qatədə ibn Rabi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah ﷿ buyurur: “Sənin ümmətinə beş vaxt namazı vacib etdim. Mən onları vaxtında qılanı Cənnətə salacağıma dair dərgahımda əhd etdim. Onları vaxtında qılmayanın isə dərgahımda heç bir əhdi yoxdur”.”

Əbu Qatədə ibn Rabi
Həsən

Qeyd

İbn Məcə, 1403, 1467. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 4033.

İstinad

Qüdsi hədislər, 25 (Kitab 3, 3)

Səhih qüdsi hədislər — Namaz