Namaz

Fərz namazlarının fəziləti

عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ، قَالَ: كُنْتُ فِي مَجْلِسٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيهِمْ عُبَادَةُ بْنُ الصَّامِتِ فَذَكَرُوا الْوِتْرَ فَقَالَ بَعْضُهُمْ: وَاجِبٌ وَقَالَ بَعْضُهُمْ: سُنَّةٌ فَقَالَ عُبَادَةُ بْنُ الصَّامِتِ: أَمَّا أَنَا فَأَشْهَدُ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: أَتَانِي جِبْرِيلُ مِنْ عِنْدِ اللهِ تَبَارَكَ وَتَعَالَى فَقَالَ: يَا مُحَمَّدُ إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ: إِنِّي قَدْ فَرَضْتُ عَلَى أُمَّتِكَ خَمْسَ صَلَوَاتٍ مَنْ وَافَى بِهِنَّ عَلَى وضُوئِهِنَّ وَمَوَاقِيتِهِنَّ وَرُكُوعِهِنَّ وَسُجُودِهِنَّ فَإِنَّ لَهُ عِنْدِي بِهِنَّ عَهْدًا أَنْ أُدْخِلَهُ بِهِنَّ الْجَنَّةَ، وَمَنْ لَقِيَنِي قَدِ انْتَقَصَ مِنْ ذَلِكَ شَيْئًا، أَوْ كَلِمَةً شِبْهَهَا فَلَيْسَ لَهُ عِنْدِي عَهْدٌ إِنْ شِئْتُ عَذَّبْتُهُ وَإِنْ شِئْتُ رَحِمْتُهُ

“Rəvayət edilir ki, Əbu İdris əl-Xauləni ﵀ demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ səhabələrinin məclisində idim. Ubadə ibn əs-Samit ﵁ də onların arasında idi. Vitr namazı haqqında söhbət düşdü. Bəziləri onun vacib olduğunu, bəziləri isə sünnə olduğunu dedilər. Ubadə ibn əs-Samit dedi: “Mənə gəlincə, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: “Ey Muhəmməd! Həqiqətən, Allah ﷿ buyurur: “Mən sənin ümmətinə beş vaxt namazı fərz etdim. Kim (bu namazların) dəstəmazına, vaxtlarına, rukusuna, səcdəsinə riayət etsə, onu Cənnətə daxil edəcəyimə dair dərgahımda əhdi olar. Kim Mənimlə görüşərək bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərgahımda onun üçün bir əhd yoxdur. İstəsəm, ona əzab verərəm, istəsəm, ona rəhm edərəm”.”

Əbu İdris
Səhih

Qeyd

ət-Tayəlisi, 574. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 842.

İstinad

Qüdsi hədislər, 26 (Kitab 3, 4)

Səhih qüdsi hədislər — Namaz