Sübh və Əsr namazlarının fəziləti
عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: يَجْتَمِعُ مَلاَئِكَةُ اللَّيْلِ وَمَلاَئِكَةُ النَّهَارِ فِي صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الْعَصْرِ، فَيَجْتَمِعُونَ فِي صَلاَةِ الْفَجْرِ فَتَصْعَدُ مَلاَئِكَةُ اللَّيْلِ، وَتَثْبُتُ مَلاَئِكَةُ النَّهَارِ، وَيَجْتَمِعُونَ فِي صَلاَةِ الْعَصْرِ فَتَصْعَدُ مَلاَئِكَةُ النَّهَارِ، وَتَثْبُتُ مَلاَئِكَةُ اللَّيْلِ، فَيَسْأَلُهُمْ رَبُّهُمْ: كَيْفَ تَرَكْتُمْ عِبَادِي، فَيَقُولُونَ: أَتَيْنَاهُمْ وَهُمْ يُصَلُّونَ وَتَرَكْنَاهُمْ وَهُمْ يُصَلُّونَ، فَاغْفِرْ لَهُمْ يَوْمَ الدِّينِ
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir dəstə gecə və bir dəstə gündüz növbə çəkən mələklər Sübh və Əsr namazlarında bir yerə toplanırlar. Onlar Sübh namazında toplanaraq gecə növbə çəkən mələklər göyə qalxır, gündüz növbə çəkən mələklər isə yerdə qalırlar. Həmçinin onlar Əsr namazında toplanaraq gündüz növbə çəkən mələklər göyə qalxır, gecə növbə çəkən mələklər isə yerdə qalırlar. Rəbbləri onlardan soruşur: “Mənim qullarımı nə vəziyyətdə tərk etdiniz?” Onlar deyirlər: “Biz onların yanına gəldikdə də namaz qılırdılar, onlardan ayrıldıqda da namaz qılırdılar. Buna görə də Sən onları Qiyamət günü bağışla!””
Qeyd
İbn Xuzeymə, 322; Əhməd, 9140, 9151. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 463.
İstinad
Qüdsi hədislər, 27 (Kitab 3, 5)
Səhih qüdsi hədislər — Namaz