Sübh və Əsr namazlarının fəziləti
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَتَعَاقَبُونَ فِيكُمْ مَلاَئِكَةٌ بِاللَّيْلِ وَمَلاَئِكَةٌ بِالنَّهَارِ، وَيَجْتَمِعُونَ فِى صَلاَةِ الْفَجْرِ وَصَلاَةِ الْعَصْرِ، ثُمَّ يَعْرُجُ الَّذِينَ بَاتُوا فِيكُمْ، فَيَسْأَلُهُمْ وَهْوَ أَعْلَمُ بِهِمْ كَيْفَ تَرَكْتُمْ عِبَادِى فَيَقُولُونَ تَرَكْنَاهُمْ وَهُمْ يُصَلُّونَ، وَأَتَيْنَاهُمْ وَهُمْ يُصَلُّونَ»
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar Sübh və Əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?”- deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini) daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar”.”
Qeyd
əl-Buxari, 555, 6932, 7048, 7486.
İstinad
Qüdsi hədislər, 28 (Kitab 3, 6)
Səhih qüdsi hədislər — Namaz