Namaz

Nafilə namazların fəziləti

عَنْ أَنَسِ بْنِ حَكِيمٍ الضَّبِّىِّ قَالَ خَافَ مِنْ زِيَادٍ أَوِ ابْنِ زِيَادٍ فَأَتَى الْمَدِينَةَ فَلَقِىَ أَبَا هُرَيْرَةَ قَالَ فَنَسَبَنِى فَانْتَسَبْتُ لَهُ فَقَالَ يَا فَتَى أَلاَ أُحَدِّثُكَ حَدِيثًا قَالَ قُلْتُ بَلَى رَحِمَكَ اللَّهُ. قَالَ يُونُسُ أَحْسِبُهُ ذَكَرَهُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ النَّاسُ بِهِ يَوْمَ الْقِيَامَةِ مِنْ أَعْمَالِهِمُ الصَّلاَةُ قَالَ يَقُولُ رَبُّنَا عَزَّ وَجَلَّ لِمَلاَئِكَتِهِ وَهُوَ أَعْلَمُ انْظُرُوا فِى صَلاَةِ عَبْدِى أَتَمَّهَا أَمْ نَقَصَهَا فَإِنْ كَانَتْ تَامَّةً كُتِبَتْ لَهُ تَامَّةً وَإِنْ كَانَ انْتَقَصَ مِنْهَا شَيْئًا قَالَ انْظُرُوا هَلْ لِعَبْدِى مِنْ تَطَوُّعٍ فَإِنْ كَانَ لَهُ تَطَوُّعٌ قَالَ أَتِمُّوا لِعَبْدِى فَرِيضَتَهُ مِنْ تَطَوُّعِهِ ثُمَّ تُؤْخَذُ الأَعْمَالُ عَلَى ذَاكُمْ»

“Ənəs ibn Həkim əd-Dabbi ﵀ demişdir: “Ziyaddan və ya İbn Ziyaddan qorxaraq Mədinəyə gəlib, Əbu Hureyra ilə görüşdüm. O mənim əsil-nəsəbim haqqında soruşdu, mən də ona söylədim. O dedi: “Ey cavan oğlan! Sənə bir hədis danışımmı?” Mən də: “Bəli, Allah sənə rəhm etsin!”- dedim. O, Peyğəmbərdən ﷺ rəvayət edərək buyurdu: “Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkilən namaz olacaqdır. Rəbbimiz ﷿ yaxşı bildiyi halda mələklərinə buyuracaq: “Qulumun fərz namazlarına baxın, onları tam, yoxsa naqis olaraq qılıb?” Əgər fərz namazları tam olarsa, onun üçün tam olaraq yazılacaq. Əgər onlardan bir şey əskik olarsa, Allah buyuracaq: “Baxın, qulumun nafilə (əlavə) namazları varmı?” Əgər onun nafilə namazları olarsa, Allah: “Qulumun fərz namazlarını nafilə namazları ilə tamamlayın!”- deyə buyuracaqdır. Sonra digər əməllər də bu cür hesaba çəkiləcək”.”

Ənəs ibn Həkim əd-Dabbi
Səhih

Qeyd

Əbu Davud, 864. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2571.

İstinad

Qüdsi hədislər, 30 (Kitab 3, 8)

Səhih qüdsi hədislər — Namaz