Nafilə namazların fəziləti
عَنْ حُرَيْثِ بْنِ قَبِيصَةَ قَالَ قَدِمْتُ الْمَدِينَةَ فَقُلْتُ اللَّهُمَّ يَسِّرْ لِى جَلِيسًا صَالِحًا. قَالَ فَجَلَسْتُ إِلَى أَبِى هُرَيْرَةَ فَقُلْتُ إِنِّى سَأَلْتُ اللَّهَ أَنْ يَرْزُقَنِى جَلِيسًا صَالِحًا فَحَدِّثْنِى بِحَدِيثٍ سَمِعْتَهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَعَلَّ اللَّهَ أَنْ يَنْفَعَنِى بِهِ فَقَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ يَوْمَ الْقِيَامَةِ مِنْ عَمَلِهِ صَلاَتُهُ فَإِنْ صَلُحَتْ فَقَدْ أَفْلَحَ وَأَنْجَحَ وَإِنْ فَسَدَتْ فَقَدْ خَابَ وَخَسِرَ فَإِنِ انْتَقَصَ مِنْ فَرِيضَتِهِ شَىْءٌ قَالَ الرَّبُّ عَزَّ وَجَلَّ انْظُرُوا هَلْ لِعَبْدِى مِنْ تَطَوُّعٍ فَيُكَمَّلَ بِهَا مَا انْتَقَصَ مِنَ الْفَرِيضَةِ ثُمَّ يَكُونُ سَائِرُ عَمَلِهِ عَلَى ذَلِكَ»
“Hureys ibn Qabisa ﵀ demişdir: “Mədinəyə gəlib, Allaha dua etdim ki, mənə əməlisaleh bir yoldaş yetirsin. Sonra Əbu Hureyra ilə rastlaşıb, onun yanında oturdum və dedim: “Mən Allahdan özümə əməlisaleh yoldaş yetirməsini dilədim. Mənə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis danış. Ola bilsin ki, Allah bu hədislə məni faydalandırsın”. Əbu Hureyra dedi: “Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qaydasında olmasa, ziyana uğrayar. Əgər fərz namazlarından bir şey əskik olsa, Rəbb ﷿ belə buyurar: “Baxın, qulumun nafilə namazları varmı?” Beləliklə, nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək”.”
Qeyd
ət-Tirmizi, 413, 415. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 540.
İstinad
Qüdsi hədislər, 31 (Kitab 3, 9)
Səhih qüdsi hədislər — Namaz