Namazı gözləməyin fəziləti
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ صَلَّيْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَغْرِبَ فَرَجَعَ مَنْ رَجَعَ وَعَقَّبَ مَنْ عَقَّبَ فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُسْرِعًا قَدْ حَفَزَهُ النَّفَسُ و قَدْ حَسَرَ عَنْ رُكْبَتَيْهِ فَقَالَ «أَبْشِرُوا هَذَا رَبُّكُمْ قَدْ فَتَحَ بَابًا مِنْ أَبْوَابِ السَّمَاءِ يُبَاهِى بِكُمُ الْمَلاَئِكَةَ يَقُولُ انْظُرُوا إِلَى عِبَادِى قَدْ قَضَوْا فَرِيضَةً وَهُمْ يَنْتَظِرُونَ أُخْرَى»
“Abdullah ibn Amr ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Məğrib namazını qıldıqdan sonra bizdən gedən getdi, qalan da qaldı. Birdən Allah Elçisi ﷺ təngnəfəs və dizləri açıq halda tələsik gəldi və dedi: “Sizə müjdə olsun! Budur, Rəbbiniz səma qapılarından birini açmış, mələklərin qarşısında sizinlə öyünərək buyurur: “Qullarıma baxın! Artıq bir fərzi yerinə yetirib digərini gözləyirlər!””
Qeyd
İbn Məcə, 801, 850. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 661.
İstinad
Qüdsi hədislər, 32 (Kitab 3, 10)
Səhih qüdsi hədislər — Namaz