Cihad

Allahın danışdığı səhabə

عَنْ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ لَقِيَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لِى «يَا جَابِرُ مَا لِى أَرَاكَ مُنْكَسِرًا». قُلْتُ يَا رَسُولَ اللَّهِ اسْتُشْهِدَ أَبِى قُتِلَ يَوْمَ أُحُدٍ وَتَرَكَ عِيَالاً وَدَيْنًا. قَالَ «أَفَلاَ أُبَشِّرُكَ بِمَا لَقِىَ اللَّهُ بِهِ أَبَاكَ». قَالَ قُلْتُ بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ «مَا كَلَّمَ اللَّهُ أَحَدًا قَطُّ إِلاَّ مِنْ وَرَاءِ حِجَابٍ وَأَحْيَا أَبَاكَ فَكَلَّمَهُ كِفَاحًا فَقَالَ يَا عَبْدِى تَمَنَّ عَلَىَّ أُعْطِكَ. قَالَ يَا رَبِّ تُحْيِينِى فَأُقْتَلَ فِيكَ ثَانِيةً. قَالَ الرَّبُّ عَزَّ وَجَلَّ إِنَّهُ قَدْ سَبَقَ مِنِّى أَنَّهُمْ إِلَيْهَا لاَ يُرْجَعُونَ». قَالَ وَأُنْزِلَتْ هَذِهِ الآيَةُ ﴿وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتًا﴾ الآيَةَ

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ məni görüb: “Ey Cabir! Niyə belə kədərlisən?”- deyə soruşdu. Mən dedim: “Atam Uhud döyüşündə şəhid olmuş, ailəmizin təminatı və atamın borclarını ödəmək mənim öhdəmə düşmüşdür”. Peyğəmbər ﷺ dedi: “Allahın sənin atana bəxş etdiyi nemətlər barəsində sənə müjdə verimmi?” Mən: “Bəli, ey Allahın Elçisi!”- deyə cavab verdim. O dedi: “İndiyədək Allah danışdığı kimsə ilə yalnız pərdə arxasından danışıb. Sənin atanı diriltdikdən sonra isə onunla arasında heç bir pərdə olmadan bilavasitə danışıb dedi: “Ey qulum! Məndən istə, Mən də sənə (istədiyini) verim!” (Atan) dedi: “Ya Rəbbim! Məni yenidən dirilt ki, Sənin yolunda (vuruşub) bir daha şəhid olum”. Allah isə ona belə buyurdu: “Mən hər kəsin öldükdən sonra dirilib dünyaya qayıtmayacağını artıq əzəldən müəyyən etmişəm”. Sonra Uca Allah bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.”

Cabir ibn Abdullah
Həsən

Qeyd

ət-Tirmizi, 3010, 3281; İbn Məcə, 2800, 2906. Hədis həsəndir. Bax: Ziləlul-Cənnə, 602.

İstinad

Qüdsi hədislər, 50 (Kitab 5, 5)

Səhih qüdsi hədislər — Cihad