Şəhidliyin fəziləti
عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُؤْتَى بِالرَّجُلِ مِنْ أَهْلِ الْجَنَّةِ فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ يَا ابْنَ آدَمَ كَيْفَ وَجَدْتَ مَنْزِلَكَ فَيَقُولُ أَىْ رَبِّ خَيْرَ مَنْزِلٍ. فَيَقُولُ سَلْ وَتَمَنَّ فَيَقُولُ أَسْأَلُكَ أَنْ تَرُدَّنِى إِلَى الدُّنْيَا فَأُقْتَلَ فِى سَبِيلِكَ عَشْرَ مَرَّاتٍ لِمَا يَرَى مِنْ فَضْلِ الشَّهَادَةِ»
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət əhlindən olan bir adam (Allahın hüzuruna) gətiriləcək. Allah ﷿ buyuracaq: “Ey Adəm övladı! Yerin necədir?” O deyəcək: “Ey Rəbbim! Yerim yerlərin ən xeyirlisidir”. Allah buyuracaq: “İstə və arzu et!” O da şəhidliyin fəzilətini gördüyü üçün: “Məni yenidən dünyaya qaytarmağını və Sənin yolunda on dəfə şəhid olmağımı Səndən istəyirəm!”- deyəcək”.”
Qeyd
ən-Nəsəi “Sunən” 3109, 3160, 4368. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3008.
İstinad
Qüdsi hədislər, 49 (Kitab 5, 4)
Səhih qüdsi hədislər — Cihad