Cihad

Şəhidliyin fəziləti

عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَحْكِيهِ عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ قَالَ «أَيُّمَا عَبْدٍ مِنْ عِبَادِى خَرَجَ مُجَاهِدًا فِى سَبِيلِ اللَّهِ ابْتِغَاءَ مَرْضَاتِى ضَمِنْتُ لَهُ أَنْ أَرْجَعَهُ إِنْ أَرْجَعْتُهُ بِمَا أَصَابَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ وَإِنْ قَبَضْتُهُ غَفَرْتُ لَهُ وَرَحِمْتُهُ»

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Rəbbinin ﷿ belə buyurduğunu nəql etmişdir: “Mənim rizamı qazanmaq üçün Allah yolunda cihad etməyə çıxan hər hansı bir qulumu (döyüşdən) geri qaytaracağım təqdirdə, qazanacağı savabla və ya qənimətlə geri qaytaracağıma, ruhunu alacağım təqdirdə isə onu bağışlayacağıma zəmanət verirəm”.”

İbn Ömər
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 3075, 3139. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 3126.

İstinad

Qüdsi hədislər, 48 (Kitab 5, 3)

Səhih qüdsi hədislər — Cihad