Cihad

Şəhidliyin fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «انْتَدَبَ اللَّهُ لِمَنْ خَرَجَ فِى سَبِيلِهِ لاَ يُخْرِجُهُ إِلاَّ إِيمَانٌ بِى وَتَصْدِيقٌ بِرُسُلِى أَنْ أُرْجِعَهُ بِمَا نَالَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ، أَوْ أُدْخِلَهُ الْجَنَّةَ، وَلَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى مَا قَعَدْتُ خَلْفَ سَرِيَّةٍ، وَلَوَدِدْتُ أَنِّى أُقْتَلُ فِى سَبِيلِ اللَّهِ ثُمَّ أُحْيَا، ثُمَّ أُقْتَلُ ثُمَّ أُحْيَا، ثُمَّ أُقْتَلُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. (Allah buyurur): “Onu (evindən) çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir. Mən də onu nail olduğu savab və qənimətlə (sağ-salamat yurduna) qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm”. Hərgah ümmətimi əziyyətə salmış olmasaydım, (döyüşə gedən) dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi, sonra mütləq yenə öldürülməyimi istərdim”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 26, 36.

İstinad

Qüdsi hədislər, 47 (Kitab 5, 2)

Səhih qüdsi hədislər — Cihad