Cihad

Allahın iki adama təəccüblənməsi

عَنِ ابْنِ مَسْعُودٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «عَجِبَ رَبُّنَا عَزَّ وَجَلَّ مِنْ رَجُلَيْنِ رَجُلٍ ثَارَ عَنْ وِطَائِهِ وَلِحَافِهِ مِنْ بَيْنِ أَهْلِهِ وَحَيِّهِ إِلَى صَلاَتِهِ فَيَقُولُ رَبُّنَا أَيَا مَلاَئِكَتِى انْظُرُوا إِلَى عَبْدِى ثَارَ مِنْ فِرَاشِهِ وَوِطَائِهِ وَمِنْ بَيْنِ حَيِّهِ وَأَهْلِهِ إِلَى صَلاَتِهِ رَغْبَةً فِيمَا عِنْدِى وَشَفَقَةً مِمَّا عِنْدِى. وَرَجُلٍ غَزَا فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ فَانْهَزَمُوا فَعَلِمَ مَا عَلَيْهِ مِنَ الْفِرَارِ وَمَا لَهُ فِى الرُّجُوعِ فَرَجَعَ حَتَّى أُهَرِيقَ دَمُهُ رَغْبَةً فِيمَا عِنْدِى وَشَفَقَةً مِمَّا عِنْدِى فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ لِمَلاَئِكَتِهِ انْظُرُوا إِلَى عَبْدِى رَجَعَ رَغْبَةً فِيمَا عِنْدِى وَرَهْبَةً مِمَّا عِنْدِى حَتَّى أُهَرِيقَ دَمُهُ»

“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir: “Rəbbimiz ﷿ iki kişiyə təəccüblənir. Biri o kişidir ki, yatağından qalxıb ailəsini tərk edərək namaza durur. Rəbbimiz buyurur: “Ey mələklərim, Mənim quluma baxın! O, yatağından qalxıb ailəsini tərk edir və dərgahımda olan (mükafata) can ataraq, dərgahımda olan (əzabdan) qorxaraq namaza durur”. Həmçinin, o kişi ki, Allah ﷿ yolunda döyüşə gedir və (döyüş yoldaşları) darmadağın edildiyi halda, döyüşdən qaçmağın haram olduğunu və döyüşə qayıtmağın onun xeyrinə olduğunu bilərək, qayıdıb Allah ﷿ dərgahında olana can ataraq və Onun dərgahında olandan qorxaraq son damla qanı tökülənə qədər döyüşür. Allah ﷿ mələklərinə buyurur: “Mənim quluma baxın! O, dərgahımda olan (mükafata) can ataraq və dərgahımda olan (əzabdan) qorxaraq qayıtdı və son damla qanı tökülənə qədər döyüşdü”.”

İbn Məsud
Səhih

Qeyd

Əhməd, 3753, 3949, 4028; Əbu Davud, 2536, 2538. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1251.

İstinad

Qüdsi hədislər, 46 (Kitab 5, 1)

Səhih qüdsi hədislər — Cihad