İmkanı ola-ola Həccə getməyən haqda
عَن أَبِي سَعِيدٍ أَنَّ رَسُولَ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ الله عَزَّ وَجَلَّ يَقُولُ: إِنَّ عَبْدًا أَصْحَحْتُ لَهُ جِسْمَهُ، وَأَوْسَعْتُ عَلَيْهِ فِي الْمَعِيشَةِ تَمْضِي عَلَيْهِ خَمْسَةُ أَعْوَامٍ لاَ يَفِدُ إِلَيَّ لَمَحْرُومٌ
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “Qulun bədənini sağlam etdim, güzəranını da genişləndirdim. Üstündən beş il ötüb keçdi, o isə Mənə doğru (həccə) gəlməməklə (xeyirdən) məhrum oldu”.”
Əbu Səid
SəhihQeyd
İbn Hibban, 3703. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1662; Səhih Tərğib vət-Tərhib, 1166.
İstinad
Qüdsi hədislər, 45 (Kitab 4, 11)
Səhih qüdsi hədislər — Oruc, Zəkat, Həcc