Səhih qüdsi hədislərOruc, Zəkat, Həcc

Kitab 4

Oruc, Zəkat, Həcc

11

hədis

Fəsil 1

Orucun fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «الصِّيَامُ جُنَّةٌ، فَلاَ يَرْفُثْ وَلاَ يَجْهَلْ، وَإِنِ امْرُؤٌ قَاتَلَهُ أَوْ شَاتَمَهُ فَلْيَقُلْ إِنِّى صَائِمٌ. مَرَّتَيْنِ، وَالَّذِى نَفْسِى بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللَّهِ تَعَالَى مِنْ رِيحِ الْمِسْكِ، يَتْرُكُ طَعَامَهُ وَشَرَابَهُ وَشَهْوَتَهُ مِنْ أَجْلِى، الصِّيَامُ لِى، وَأَنَا أَجْزِى بِهِ، وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Oruc qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, qoy iki dəfə: “Mən oruc tutmuşam”- desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) “O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 35 (Kitab 4, 1)

Qeyd

əl-Buxari, 1761, 1795, 1894.

عَنْ أَبِى هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قَالَ اللَّهُ كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلاَّ الصِّيَامَ، فَإِنَّهُ لِى، وَأَنَا أَجْزِى بِهِ. وَالصِّيَامُ جُنَّةٌ، وَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ، فَلاَ يَرْفُثْ وَلاَ يَصْخَبْ، فَإِنْ سَابَّهُ أَحَدٌ، أَوْ قَاتَلَهُ فَلْيَقُلْ إِنِّى امْرُؤٌ صَائِمٌ. وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللَّهِ مِنْ رِيحِ الْمِسْكِ، لِلصَّائِمِ فَرْحَتَانِ يَفْرَحُهُمَا إِذَا أَفْطَرَ فَرِحَ، وَإِذَا لَقِىَ رَبَّهُ فَرِحَ بِصَوْمِهِ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Allah buyurur:) “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy desin: “Mən oruc tutmuşam”. Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Allah qatında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı vardır: iftar vaxtında (orucunu açarkən) sevinər, bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 36 (Kitab 4, 2)

Qeyd

əl-Buxari, 1904, 5472, 5927; Muslim, 1151, 1944, 2762.

Fəsil 2

Sədəqə verməyə təşviq

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْفِقْ أُنْفِقْ عَلَيْكَ - وَقَالَ - يَدُ اللَّهِ مَلأَى لاَ تَغِيضُهَا نَفَقَةٌ، سَحَّاءُ اللَّيْلَ وَالنَّهَارَ - وَقَالَ - أَرَأَيْتُمْ مَا أَنْفَقَ مُنْذُ خَلَقَ السَّمَاءَ وَالأَرْضَ فَإِنَّهُ لَمْ يَغِضْ مَا فِى يَدِهِ، وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ، وَبِيَدِهِ الْمِيزَانُ يَخْفِضُ وَيَرْفَعُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “(Malından Mənim yolumda) xərclə, Mən də sənə xərcləyəcəyəm”. Allah Elçisi ﷺ dedi: “Allahın Əli doludur. (Bu nemətlərin) səhər-axşam ardı-arası kəsilmədən xərclənməsi Onun Əlini boş qoya bilməz”. Həmçinin dedi: “Məgər Allahın göyü və yeri yaratdığı gündən bəri nə qədər xərclədiyini görmürsünüz?! Bu Onun Əlindəkilərin azalmasına (zərrə qədər) təsir göstərməmişdir. Onun Ərşi suyun üzərində idi, Əlində də tərəzi var idi. O, (bu tərəzini) aşağı endirir və yuxarı qaldırırdı”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 37 (Kitab 4, 3)

Qeyd

əl-Buxari, 4684, 5352, 7496.

عَنْ عَدِىَّ بْنَ حَاتِمٍ يَقُولُ كُنْتُ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَهُ رَجُلاَنِ أَحَدُهُمَا يَشْكُو الْعَيْلَةَ، وَالآخَرُ يَشْكُو قَطْعَ السَّبِيلِ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «أَمَّا قَطْعُ السَّبِيلِ فَإِنَّهُ لاَ يَأْتِى عَلَيْكَ إِلاَّ قَلِيلٌ حَتَّى تَخْرُجَ الْعِيرُ إِلَى مَكَّةَ بِغَيْرِ خَفِيرٍ، وَأَمَّا الْعَيْلَةُ فَإِنَّ السَّاعَةَ لاَ تَقُومُ حَتَّى يَطُوفَ أَحَدُكُمْ بِصَدَقَتِهِ لاَ يَجِدُ مَنْ يَقْبَلُهَا مِنْهُ، ثُمَّ لَيَقِفَنَّ أَحَدُكُمْ بَيْنَ يَدَىِ اللَّهِ لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ حِجَابٌ وَلاَ تُرْجُمَانٌ يُتَرْجِمُ لَهُ، ثُمَّ لَيَقُولَنَّ لَهُ أَلَمْ أُوتِكَ مَالاً فَلَيَقُولَنَّ بَلَى. ثُمَّ لَيَقُولَنَّ أَلَمْ أُرْسِلْ إِلَيْكَ رَسُولاً فَلَيَقُولَنَّ بَلَى. فَيَنْظُرُ عَنْ يَمِينِهِ فَلاَ يَرَى إِلاَّ النَّارَ، ثُمَّ يَنْظُرُ عَنْ شِمَالِهِ فَلاَ يَرَى إِلاَّ النَّارَ، فَلْيَتَّقِيَنَّ أَحَدُكُمُ النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ، فَإِنْ لَمْ يَجِدْ فَبِكَلِمَةٍ طَيِّبَةٍ»

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanında ikən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıblıqdan, digəri isə yol kəsən quldurlardan şikayət etdi. Allah Elçisi ﷺ (onları dinlədikdən sonra) dedi: “Yol kəsən quldurlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafizəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, (bilin ki,) biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq. Sonra siz Allahın hüzurunda duracaqsınız və sizinlə Onun arasında heç bir pərdə olmayacaq. (Dediklərinizi) tərcümə edəcək bir tərcüməçiniz belə olmayacaq. Sonra Allah Öz qulundan soruşacaq: “Mən sənə mal-dövlət verməmişdimmi?” O: “Vermişdin”- deyəcək. Sonra soruşacaq: “Mən sənə peyğəmbər göndərməmişdimmi?” O: “Göndərmişdin”- deyəcək. Bundan sonra o, əvvəlcə sağına, sonra da soluna baxacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xurma (sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla (özünüzü Oddan qoruyun)”.”

Adiy ibn Hatim
SəhihQüdsi hədislər, 38 (Kitab 4, 4)

Qeyd

əl-Buxari, 1324, 1347, 1413.

عَنْ أَبِى وَاقِدٍ اللَّيْثِىِّ قَالَ كُنَّا نَأْتِى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أُنْزِلَ عَلَيْهِ فَيُحَدِّثُنَا فَقَالَ لَنَا ذَاتَ يَوْمٍ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَالَ إِنَّا أَنْزَلْنَا الْمَالَ لإِقَامِ الصَّلاَةِ وَإِيتَاءِ الزَّكَاةِ وَلَوْ كَانَ لاِبْنِ آدَمَ وَادٍ لأَحَبَّ أَنْ يَكُونَ إِلَيْهِ ثَانٍ وَلَوْ كَانَ لَهُ وَادِيَانِ لأَحَبَّ أَنْ يَكُونَ إِلَيْهِمَا ثَالِثٌ وَلاَ يَمْلأُ جَوْفَ ابْنِ آدَمَ إِلاَّ التُّرَابُ ثُمَّ يَتُوبُ اللَّهُ عَلَى مَنْ تَابَ»

“Rəvayət edilir ki, Əbu Vaqid əl-Leysi ﵁ demişdir: “Peyğəmbərə ﷺ vəhy nazil olarkən biz Onun yanına gələrdik və O, bizə nazil olanlar barədə danışardı. Bir gün Peyğəmbər ﷺ bizə dedi: “Allah ﷿ buyurdu: “Biz mal-dövləti namaz qılmaq və zəkat vermək üçün nazil etdik. Adəm övladının bir vadi (mal-dövləti) olsa, ikincisini istəyər. İki vadisi olsa, üçüncüsünü istəyər. (Sonda) Adəm övladının qarnını yalnız torpaq doldurar, sonra Allah tövbə edənin tövbəsini qəbul edər”.”

Əbu Vaqid əl-Leysi
SəhihQüdsi hədislər, 39 (Kitab 4, 5)

Qeyd

Əhməd, 20900, 21906, 21956, 22546. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1639.

عَنْ بُسْرِ بْنِ جَحَّاشٍ الْقُرَشِيِّ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَزَقَ يَوْمًا فِي كَفِّهِ، فَوَضَعَ عَلَيْهَا أُصْبُعَهُ، ثُمَّ قَالَ: " قَالَ اللهُ: ابْنَ آدَمَ أَنَّى تُعْجِزُنِي وَقَدْ خَلَقْتُكَ مِنْ مِثْلِ هَذِهِ، حَتَّى إِذَا سَوَّيْتُكَ وَعَدَلْتُكَ، مَشَيْتَ بَيْنَ بُرْدَيْنِ وَلِلْأَرْضِ مِنْكَ وَئِيدٌ ، فَجَمَعْتَ وَمَنَعْتَ، حَتَّى إِذَا بَلَغَتِ التَّرَاقِيَ ، قُلْتَ: أَتَصَدَّقُ، وَأَنَّى أَوَانُ الصَّدَقَةِ"

“Busr ibn Cəhhaş ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ ovcuna tüpürüb belə dedi: “Allah buyurur: “Ey Adəm övladı! Mən səni buna bənzər bir sudan yaratmışkən sən Məndən necə qaçıb xilas ola biləcəksən? Nəhayət səni yaradıb kamilləşdirdikdə və sənə gözəl bir surət verdikdə yer üzündə sapsağlam gəzib dolaşdın, sənin səsin-sorağın vardı. Dünya malı yığdın və heç kimə vermədin. Nəhayət, can boğaza çatdıqda: “Sədəqə verəcəyəm” – dedin. Əfsus, sədəqə zamanı keçdi”.”

Busr ibn Cəhhaş
HəsənQüdsi hədislər, 40 (Kitab 4, 6)

Qeyd

Əhməd, 17842, 17996; İbn Məcə, 2707, 2811. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1099, 1143.

Fəsil 3

Nəzir haqda

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قالَ الله تَعَالَى: لاَ يَأْتِي ابْنَ آدَمَ النَّذْرُ بِشَيْءٍ لَمْ أَكُنْ قَدْ قَدَّرْتُهُ وَلَكِنْ يُلْقِيهِ النَّذْرُ إِلى الْقَدرِ وَقَدْ قَدَّرْتُهُ لَهُ أَسْتَخْرِجُ بِهِ مِنَ الْبَخِيلِ فَيُؤْتِينِي عَلَيْهِ مَا لَمْ يَكُنْ يُؤْتِينِي مِنْ قَبْلُ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Uca Allah buyurur: “Mən Adəm övladının etdiyi hər bir nəziri əzəldən təqdir etmişəm. Onun nəzir etməsi qədəri dəyişmir, çünki Mən bunu əzəldən təqdir etmişəm. Mən bunu sadəcə xəsis adamdan çıxardıram. O, əvvəlcədən Mənə verməli olduğunu sonradan verir”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 41 (Kitab 4, 7)

Qeyd

Əhməd, 7499, 7807, 8137. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4334.

Fəsil 4

Həccin fəziləti

عن عبادة بن الصامت قال «صلى بنا رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فتخطا إليه رجلان رجل من الأنصار ورجل من ثقيف سبق الأنصاري الثقفي فقال رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ للثقفي إن الأنصاري قد سبقك بالمسألة فقال ألأنصاري لعله يا رسول الله أن يكون أعجل مني فهو في حل قال فسأله الثقفي عن الصلاة فأخبره ثم قال رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ للأنصاري إن شئت خبرتك بما جئت تسأل عنه وإن شئت سألتني فأخبر بذلك فقال يا رسول الله تخبرني فقال جئت تسألني مالك من الأجر إذا أممت البيت العتيق وما لك من الأجر في وقوفك في عرفة وما لك من الأجر في رميك الجمار وما لك من الأجر في حلق رأسك وما لك من الأجر إذا ودعت البيت فقال الأنصاري والذي بعثك بالحق ما جئت أسألك عن غيره قال فإن لك من الأجر إذا أممت البيت العتيق ألا ترفع قدما أو تضعها أنت ودابتك إلا كتبت لك حسنة ورفعت لك درجة وأما وقوفك بعرفة فإن الله عَزَّ وَجَلَّ يقول لملائكته يا ملائكتي ما جاء بعبادي قالوا جاؤوا يلتمسون رضوانك والجنة فيقول الله عَزَّ وَجَلَّ فإني أشهد نفسي وخلقي أني قد غفرت لهم عدد أيام الدهر وعدد القطر وعدد رمل عالج وأما رميك الجمار فإن الله عَزَّ وَجَلَّ يقول ﴿فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ﴾ وأما حلقك رأسك فإنه ليس من شعرك شعرة تقع في الأرض إلا كانت لك نورا يوم القيامة وأما البيت إذا ودعت فإنك تخرج من ذنوبك كيوم ولدتك أمك» ... حديث ابن عمر قال: قال رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أمَّا خَرُوجُكَ مِنْ بَيْتِكَ تَؤُمُّ البَيْتَ الحَرامَ فإنَّ لَكَ بِكُلِّ وَطْأَةٍ تطَؤُها راحِلَتُكَ يَكْتُبُ اللَّهُ لَكَ بِها حَسَنَةً ويَمْحُو عنكَ بها سَيِّئَةً وأمّا وُقُوفُكَ بِعَرَفَةَ فإنَّ اللَّهَ عَزَّ وجَلَّ يَنْزِلُ إلى السَّماءِ الدُّنْيا فَيُباهِي بِهِم المَلائِكَةَ فَيَقُولُ هؤُلاءِ عِبادِي جاؤُونِي شُعْثاً غُبْراً مِنْ كُلِّ فَجَ عَمِيقٍ يَرْجُونَ رَحْمَتِي ويَخَافُونَ عَذَابِي ولمْ يرَوْني فكَيْفَ لَوْ رَأَوْني فَلَوْ كانَ عليكَ مثلُ رَمْلِ عالِجٍ أوْ مِثْل أيَّامِ الدُّنْيا أوْ مِثْلُ قَطْرِ السَّماءِ ذُنُوباً غَسَلَها اللَّهُ عنكَ وأمَّا رَمْيُكَ الجِمَارَ فإِنهُ مَدْخُورٌ لَكَ وأَما حَلْقُكَ رَأْسَكَ فإِنَّ لكَ بِكُلِّ شَعْرَةٍ تَسْقُطُ حَسَنَةً فإذا طُفْتَ بالبَيْتِ خَرَجْتَ مِنْ ذُنُوبِكَ كَيَوْمِ وَلَدَتْكَ أُمُّكَ

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizimlə namaz qılırdı. Bu zaman biri Ənsardan, biri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı və Ənsardan olan kişi Səqif qəbiləsindən olan kişini (Allah Elçisinə ﷺ birinci yaxınlaşmaqda) qabaqladı. Allah Elçisi ﷺ Səqifdən olan kişiyə dedi: “Ənsardan (olan kişi) soruşmaqda səni qabaqladı”. Ənsardan olan kişi dedi: “Ola bilsin ki, o, məndən çox tələsir, qoy (birinci) soruşsun”. Səqif qəbiləsindən olan kişi namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allah Elçisi ﷺ Ənsardan olan kişiyə dedi: “Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim”. O dedi: “Ey Allahın Elçisi! Mənə xəbər ver!” O dedi: “Sən gəldin məndən soruşasan ki, qədim Evə (Kəbəyə) gəlməyinin, Arafatda durmağının, daş atmağının, başını qırxdırmağının və Ev ilə vidalaşmağının sənin üçün mükafatı nədir?” Ənsardan olan kişi dedi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən səndən bundan başqa (bir məsələ) haqqında soruşmağa gəlmədim”. O dedi: “Qədim Evə gəlməkdə mükafatın (odur ki), sənin və miniyinin atdığı hər addıma görə sənə bir savab yazılar və sənin üçün bir dərəcə artırılar. Arafatda durduqda Allah ﷿ mələklərinə buyurur: “Ey Mənim mələklərim! Mənim qullarımı bura gətirən nədir?” Mələklər deyirlər: “Onlar Sənin razılığını və Cənnəti istəyirlər”. Allah ﷿ buyurur: “Mən Özümü və məxluqatımı şahid tuturam ki, Mən onları zamanın günlərinin, (yağışın) damcılarının, qum dənəciklərinin sayı qədər bağışladım!” Daş atdıqda Allah ﷿ buyurur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17). Başını qırxdırdıqda isə yerə düşən hər bir tükün Qiyamət günü sənin üçün nur olacaq. Ev ilə vidalaşdıqda sən anadan doğulduğun gündə olduğun kimi günahlarından azad olarsan”. Başqa bir rəvayətdə isə Peyğəmbər ﷺ belə demişdir: “Beytul-Harama gəlmək üçün evindən çıxmağına gəlincə, miniyinin atdığı hər addıma görə Allah sənə bir savab yazır və bir günahını silir. Arafatda durmağına gəlincə, Allah ﷿ bu vaxt dünya səmasına enir və mələklərinin qarşısında öyünərək buyurur: “Bunlar toz-torpaq içində, saçları dağınıq bir halda uzaq yerlərdən Mənə doğru gələn qullarımdır. Onlar Məni görmədən mərhəmətimə ümid bəsləyir və əzabımdan qorxurlar, bəs Məni görsəydilər necə?” Sənin günahların böyük bir qum yığınının dənələri və ya dünyanın günləri, ya da göydə olan yağışın damcıları qədər olsa belə, Allah onları səndən təmizləyər. Daş atmağına gəlincə, o, sənin üçün (şeytanı) zəlil etməkdir. Başını qırxdırmağına gəlincə, yerə düşən hər bir tükə görə sənin üçün bir savab vardır. Evi təvaf etdikdə isə anadan doğulduğun gündə olduğun kimi günahlarından azad olarsan”.”

Ubadə ibn əs-Samit
HəsənQüdsi hədislər, 42 (Kitab 4, 8)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 13566. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1360.

عَنِ ابْنِ عُمَرَ قَالَ: كُنْتُ جَالِسًا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي مَسْجِدِ مِنًى، فَأَتَاهُ رَجُلٌ مِنَ الأَنْصَارِ، وَرَجُلٌ مِنْ ثَقِيفٍ، فَسَلَّمَا، ثُمَّ قَالا: يَا رَسُولَ اللَّهِ، جِئْنَا نَسْأَلُكَ، فَقَالَ: "إِنْ شِئْتُمَا أَخْبَرْتُكُمَا بِمَا جِئْتُمَانِي تَسْأَلانِي عَنْهُ فَعَلْتُ، وَإِنْ شِئْتُمَا أَنْ أَمْسِكَ وَتَسْأَلانِي فَعَلْتُ"، فَقَالا: أَخْبِرْنَا يَا رَسُولَ اللَّهِ، فَقَالَ الثَّقَفِيُّ للأَنْصَارِيِّ: سَلْ، فَقَالَ: أَخْبِرْنِي يَا رَسُولَ اللَّهِ، فَقَالَ: "جِئْتَنِي تَسْأَلُنِي عَنْ مَخْرَجِكَ مِنْ بَيْتِكَ تَؤُمُّ الْبَيْتَ الْحَرَامَ وَمَا لَكَ فِيهِ، وَعَنْ رَكْعَتَيْكَ بَعْدَ الطَّوَافِ وَمَا لَكَ فِيهِمَا، وَعَنْ طَوَافِكَ بِالصَّفَا وَالْمَرْوَةِ وَمَا لَكَ فِيهِ، وَعَنْ وُقُوفِكَ عَشِيَّةَ عَرَفَةَ وَمَا لَكَ فِيهِ، وَعَنْ رَمْيِكَ الْجِمَارَ وَمَا لَكَ فِيهِ، وَعَنْ نَحْرِكَ وَمَا لَكَ فِيهِ، وَعَنْ حَلْقِكَ رَأْسَكَ وَمَا لَكَ فِيهِ، وَعَنْ طَوَافِكَ بِالْبَيْتِ بَعْدَ ذَلِكَ وَمَا لَكَ فِيهِ مَعَ الإِفَاضَةِ"، فَقَالَ: وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ لَعَنْ هَذَا جِئْتُ أَسْأَلُكَ، قَالَ: "فَإِنَّكَ إِذَا خَرَجْتَ مِنْ بَيْتِكَ تَؤُمُّ الْبَيْتَ الْحَرَامِ لا تَضَعُ نَاقَتُكَ خُفًّا وَلا تَرْفَعُهُ إِلَّا كَتَبَ اللَّهُ لَكَ بِهِ حَسَنَةً، وَمَحَى عَنْكَ خَطِيئَةً، وَأَمَّا رَكْعَتَاكَ بَعْدَ الطَّوَافِ كَعَتْقِ رَقَبَةٍ مِنْ بَنِي إِسْمَاعِيلَ، وَأَمَّا طَوَافُكَ بِالصَّفَا وَالْمَرْوَةِ بَعْدَ ذَلِكَ كَعَتْقِ سَبْعِينَ رَقَبَةً، وَأَمَّا وُقُوفُكَ عَشِيَّةَ عَرَفَةَ، فَإِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى يَهْبِطُ إِلَى سَمَاءِ الدُّنْيَا، فَيُبَاهِي بِكُمُ الْمَلائِكَةَ، يَقُولُ: عِبَادِي جَاءُونِي شُعْثًا مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ يَرْجُونَ جَنَّتِي، فَلَوْ كَانَتْ ذُنُوبُكُمْ كَعَدَدِ الرَّمْلِ، أَوْ كَقَطْرِ الْمَطَرِ، أَوْ كَزَبَدِ الْبَحْرِ لَغَفَرَهَا، أَوْ لَغَفَرْتُهَا، أَفِيضُوا عِبَادِي مَغْفُورًا لَكُمْ وَلِمَنْ شَفَعْتُمْ لَهُ وَأَمَّا رَمْيُكَ الْجِمَارَ، فَلَكَ بِكُلِّ حَصَاةٍ رَمَيْتَهَا كَبِيرَةٌ مِنَ الْمُوبِقَاتِ، وَأَمَّا نَحْرُكَ فَمَذْخُورٌ لَكَ عِنْدَ رَبِّكَ، وَأَمَّا حِلاقُكَ رَأْسَكَ فَلَكَ بِكُلِّ شَعْرَةٍ حَلَقْتَهَا حَسَنَةٌ، وَيُمْحَى عَنْكَ بِهَا خَطِيئَةٌ، وَأَمَّا طَوَافُكَ بِالْبَيْتِ بَعْدَ ذَلِكَ، فَإِنَّكَ تَطُوفُ وَلا ذَنْبَ لَكَ، يَأْتِي مَلَكٌ حَتَّى يَضَعَ يَدَيْهِ بَيْنَ كَتِفَيْكَ فَيَقُولُ: اعْمَلْ فِيمَا يُسْتَقْبَلُ، فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir gün mən Peyğəmbər ﷺ ilə birlikdə Mina məscidində oturmuşdum. Bu zaman biri Ənsardan, biri isə Səqif qəbiləsindən olan iki kişi onun yanına gəlib salam verdikdən sonra dedilər: “Ey Allahın Elçisi, sənə sual vermək üçün yanına gəldik”. O dedi: “Əgər istəyirsinizsə, soruşmaq üçün gəldiyiniz məsələ barəsində sizə xəbər verim. Yox, əgər istəyirsinizsə, mən susaram, siz soruşun, mən də xəbər verim”. Onlar dedilər: “Ey Allahın Elçisi! Bizə xəbər ver!” Səqifdən olan kişi Ənsardan olan kişiyə dedi: “Sən soruş!” Ənsardan olan kişi dedi: “Mənə xəbər ver, ey Allahın Elçisi!” O dedi: “Sən gəldin ki, məndən Müqəddəs Evə (Kəbəyə) gəlmək üçün evindən çıxmağının, təvafdan sonra iki rükət namaz qılmağının, Səfa və Mərva arasında səy etməyinin, səhərdən axşamadək Arafatda durmağının, daş atmağının, qurban kəsməyinin, başını qırxdırmağının, bundan sonra Evi təvaf etməyinin və “İfada” təvafının mükafatının nə olduğunu soruşasan?” Ənsardan olan kişi dedi: “Bəli, səni haqq ilə göndərən Allaha and olsun ki, mən elə bu haqda soruşmaq üçün gəldim”. O dedi: “Həqiqətən, sən Müqəddəs Evə (Kəbəyə) gəlmək üçün evindən çıxdıqda, dəvən ayağını hər dəfə yerə qoyduqda və qaldırdıqda buna görə sənə bir savab yazılır, sənin bir günahın silinir. Təvafdan sonra iki rükət namaz qıldıqda isə bu, sənin üçün İsmail oğullarından bir qulu azad etmək kimidir. Səfa və Mərva arasında səy etdikdə bu, sənin üçün yetmiş qul azad etmək kimidir. Səhərdən axşamadək Arafatda durduqda, həqiqətən, Uca Allah bu vaxt dünya səmasına enir və mələklərinin qarşısında öyünərək buyurur: “Bunlar toz-torpaq içində, saçları dağınıq bir halda uzaq yerlərdən Mənə doğru gələn qullarımdır. Onlar Mənim Cənnətimi istəyirlər. Onların günahları qum dənəciklərinin, yağış damcılarının və dəniz köpüklərinin sayı qədər olsa belə, Mən onları bağışlayaram! Qullarımın və şəfaət etdiklərinizin üzərinə məğfirət yağdırın!” Daş atmağına gəlincə, atılan hər bir daşa görə sənin həlakedici böyük günahlarından biri kəffarə edilər. Qurban kəsməyinə gəlincə, bu, Rəbbinin dərgahında sənin üçün tədarükdür. Başını qırxdırmağına gəlincə, qırxdırdığın hər bir tükə görə sənə bir savab verilər və bir günahın silinər. Bundan sonra Evi təvaf etməyinə gəlincə, sən heç bir günahın qalmadan təvaf etmiş olarsan. Bir mələk gəlib əllərini sənin kürəyinə qoyaraq belə deyir: “Bundan sonrası üçün əməl et! Çünki sənin keçmiş günahların bağışlanmışdır”.”

İbn Ömər
HəsənQüdsi hədislər, 43 (Kitab 4, 9)

Qeyd

əl-Bəzzər, 6177. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 1112-1113.

Fəsil 5

Arafa gününün fəziləti

قَالَتْ عَائِشَةُ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ يَوْمٍ أَكْثَرَ مِنْ أَنْ يُعْتِقَ اللَّهُ فِيهِ عَبْدًا مِنَ النَّارِ مِنْ يَوْمِ عَرَفَةَ وَإِنَّهُ لَيَدْنُو ثُمَّ يُبَاهِى بِهِمُ الْمَلاَئِكَةَ فَيَقُولُ مَا أَرَادَ هَؤُلاَءِ»

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ demişdir: “Allahın Arafa günündə olduğu qədər atəşdən çox qul azad etdiyi başqa bir gün yoxdur. Həqiqətən, o gün Allah (dünya səmasına) yaxınlaşır və mələklərin qarşısında (Arafatda olanlarla) öyünərək buyurur: “Bunlar nə istəyirlər?””

Aişə
SəhihQüdsi hədislər, 44 (Kitab 4, 10)

Qeyd

Muslim, 1348, 2402, 3354.

Fəsil 6

İmkanı ola-ola Həccə getməyən haqda

عَن أَبِي سَعِيدٍ أَنَّ رَسُولَ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ الله عَزَّ وَجَلَّ يَقُولُ: إِنَّ عَبْدًا أَصْحَحْتُ لَهُ جِسْمَهُ، وَأَوْسَعْتُ عَلَيْهِ فِي الْمَعِيشَةِ تَمْضِي عَلَيْهِ خَمْسَةُ أَعْوَامٍ لاَ يَفِدُ إِلَيَّ لَمَحْرُومٌ

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “Qulun bədənini sağlam etdim, güzəranını da genişləndirdim. Üstündən beş il ötüb keçdi, o isə Mənə doğru (həccə) gəlməməklə (xeyirdən) məhrum oldu”.”

Əbu Səid
SəhihQüdsi hədislər, 45 (Kitab 4, 11)

Qeyd

İbn Hibban, 3703. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1662; Səhih Tərğib vət-Tərhib, 1166.