Oruc, Zəkat, Həcc

Sədəqə verməyə təşviq

عَنْ أَبِى وَاقِدٍ اللَّيْثِىِّ قَالَ كُنَّا نَأْتِى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أُنْزِلَ عَلَيْهِ فَيُحَدِّثُنَا فَقَالَ لَنَا ذَاتَ يَوْمٍ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَالَ إِنَّا أَنْزَلْنَا الْمَالَ لإِقَامِ الصَّلاَةِ وَإِيتَاءِ الزَّكَاةِ وَلَوْ كَانَ لاِبْنِ آدَمَ وَادٍ لأَحَبَّ أَنْ يَكُونَ إِلَيْهِ ثَانٍ وَلَوْ كَانَ لَهُ وَادِيَانِ لأَحَبَّ أَنْ يَكُونَ إِلَيْهِمَا ثَالِثٌ وَلاَ يَمْلأُ جَوْفَ ابْنِ آدَمَ إِلاَّ التُّرَابُ ثُمَّ يَتُوبُ اللَّهُ عَلَى مَنْ تَابَ»

“Rəvayət edilir ki, Əbu Vaqid əl-Leysi ﵁ demişdir: “Peyğəmbərə ﷺ vəhy nazil olarkən biz Onun yanına gələrdik və O, bizə nazil olanlar barədə danışardı. Bir gün Peyğəmbər ﷺ bizə dedi: “Allah ﷿ buyurdu: “Biz mal-dövləti namaz qılmaq və zəkat vermək üçün nazil etdik. Adəm övladının bir vadi (mal-dövləti) olsa, ikincisini istəyər. İki vadisi olsa, üçüncüsünü istəyər. (Sonda) Adəm övladının qarnını yalnız torpaq doldurar, sonra Allah tövbə edənin tövbəsini qəbul edər”.”

Əbu Vaqid əl-Leysi
Səhih

Qeyd

Əhməd, 20900, 21906, 21956, 22546. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1639.

İstinad

Qüdsi hədislər, 39 (Kitab 4, 5)

Səhih qüdsi hədislər — Oruc, Zəkat, Həcc