Sədəqə verməyə təşviq
عَنْ بُسْرِ بْنِ جَحَّاشٍ الْقُرَشِيِّ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَزَقَ يَوْمًا فِي كَفِّهِ، فَوَضَعَ عَلَيْهَا أُصْبُعَهُ، ثُمَّ قَالَ: " قَالَ اللهُ: ابْنَ آدَمَ أَنَّى تُعْجِزُنِي وَقَدْ خَلَقْتُكَ مِنْ مِثْلِ هَذِهِ، حَتَّى إِذَا سَوَّيْتُكَ وَعَدَلْتُكَ، مَشَيْتَ بَيْنَ بُرْدَيْنِ وَلِلْأَرْضِ مِنْكَ وَئِيدٌ ، فَجَمَعْتَ وَمَنَعْتَ، حَتَّى إِذَا بَلَغَتِ التَّرَاقِيَ ، قُلْتَ: أَتَصَدَّقُ، وَأَنَّى أَوَانُ الصَّدَقَةِ"
“Busr ibn Cəhhaş ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ ovcuna tüpürüb belə dedi: “Allah buyurur: “Ey Adəm övladı! Mən səni buna bənzər bir sudan yaratmışkən sən Məndən necə qaçıb xilas ola biləcəksən? Nəhayət səni yaradıb kamilləşdirdikdə və sənə gözəl bir surət verdikdə yer üzündə sapsağlam gəzib dolaşdın, sənin səsin-sorağın vardı. Dünya malı yığdın və heç kimə vermədin. Nəhayət, can boğaza çatdıqda: “Sədəqə verəcəyəm” – dedin. Əfsus, sədəqə zamanı keçdi”.”
Qeyd
Əhməd, 17842, 17996; İbn Məcə, 2707, 2811. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1099, 1143.
İstinad
Qüdsi hədislər, 40 (Kitab 4, 6)
Səhih qüdsi hədislər — Oruc, Zəkat, Həcc