Nəzir haqda
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قالَ الله تَعَالَى: لاَ يَأْتِي ابْنَ آدَمَ النَّذْرُ بِشَيْءٍ لَمْ أَكُنْ قَدْ قَدَّرْتُهُ وَلَكِنْ يُلْقِيهِ النَّذْرُ إِلى الْقَدرِ وَقَدْ قَدَّرْتُهُ لَهُ أَسْتَخْرِجُ بِهِ مِنَ الْبَخِيلِ فَيُؤْتِينِي عَلَيْهِ مَا لَمْ يَكُنْ يُؤْتِينِي مِنْ قَبْلُ
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Uca Allah buyurur: “Mən Adəm övladının etdiyi hər bir nəziri əzəldən təqdir etmişəm. Onun nəzir etməsi qədəri dəyişmir, çünki Mən bunu əzəldən təqdir etmişəm. Mən bunu sadəcə xəsis adamdan çıxardıram. O, əvvəlcədən Mənə verməli olduğunu sonradan verir”.”
Qeyd
Əhməd, 7499, 7807, 8137. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4334.
İstinad
Qüdsi hədislər, 41 (Kitab 4, 7)
Səhih qüdsi hədislər — Oruc, Zəkat, Həcc