Həccin fəziləti
عن عبادة بن الصامت قال «صلى بنا رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فتخطا إليه رجلان رجل من الأنصار ورجل من ثقيف سبق الأنصاري الثقفي فقال رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ للثقفي إن الأنصاري قد سبقك بالمسألة فقال ألأنصاري لعله يا رسول الله أن يكون أعجل مني فهو في حل قال فسأله الثقفي عن الصلاة فأخبره ثم قال رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ للأنصاري إن شئت خبرتك بما جئت تسأل عنه وإن شئت سألتني فأخبر بذلك فقال يا رسول الله تخبرني فقال جئت تسألني مالك من الأجر إذا أممت البيت العتيق وما لك من الأجر في وقوفك في عرفة وما لك من الأجر في رميك الجمار وما لك من الأجر في حلق رأسك وما لك من الأجر إذا ودعت البيت فقال الأنصاري والذي بعثك بالحق ما جئت أسألك عن غيره قال فإن لك من الأجر إذا أممت البيت العتيق ألا ترفع قدما أو تضعها أنت ودابتك إلا كتبت لك حسنة ورفعت لك درجة وأما وقوفك بعرفة فإن الله عَزَّ وَجَلَّ يقول لملائكته يا ملائكتي ما جاء بعبادي قالوا جاؤوا يلتمسون رضوانك والجنة فيقول الله عَزَّ وَجَلَّ فإني أشهد نفسي وخلقي أني قد غفرت لهم عدد أيام الدهر وعدد القطر وعدد رمل عالج وأما رميك الجمار فإن الله عَزَّ وَجَلَّ يقول ﴿فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ﴾ وأما حلقك رأسك فإنه ليس من شعرك شعرة تقع في الأرض إلا كانت لك نورا يوم القيامة وأما البيت إذا ودعت فإنك تخرج من ذنوبك كيوم ولدتك أمك» ... حديث ابن عمر قال: قال رسول الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أمَّا خَرُوجُكَ مِنْ بَيْتِكَ تَؤُمُّ البَيْتَ الحَرامَ فإنَّ لَكَ بِكُلِّ وَطْأَةٍ تطَؤُها راحِلَتُكَ يَكْتُبُ اللَّهُ لَكَ بِها حَسَنَةً ويَمْحُو عنكَ بها سَيِّئَةً وأمّا وُقُوفُكَ بِعَرَفَةَ فإنَّ اللَّهَ عَزَّ وجَلَّ يَنْزِلُ إلى السَّماءِ الدُّنْيا فَيُباهِي بِهِم المَلائِكَةَ فَيَقُولُ هؤُلاءِ عِبادِي جاؤُونِي شُعْثاً غُبْراً مِنْ كُلِّ فَجَ عَمِيقٍ يَرْجُونَ رَحْمَتِي ويَخَافُونَ عَذَابِي ولمْ يرَوْني فكَيْفَ لَوْ رَأَوْني فَلَوْ كانَ عليكَ مثلُ رَمْلِ عالِجٍ أوْ مِثْل أيَّامِ الدُّنْيا أوْ مِثْلُ قَطْرِ السَّماءِ ذُنُوباً غَسَلَها اللَّهُ عنكَ وأمَّا رَمْيُكَ الجِمَارَ فإِنهُ مَدْخُورٌ لَكَ وأَما حَلْقُكَ رَأْسَكَ فإِنَّ لكَ بِكُلِّ شَعْرَةٍ تَسْقُطُ حَسَنَةً فإذا طُفْتَ بالبَيْتِ خَرَجْتَ مِنْ ذُنُوبِكَ كَيَوْمِ وَلَدَتْكَ أُمُّكَ
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizimlə namaz qılırdı. Bu zaman biri Ənsardan, biri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı və Ənsardan olan kişi Səqif qəbiləsindən olan kişini (Allah Elçisinə ﷺ birinci yaxınlaşmaqda) qabaqladı. Allah Elçisi ﷺ Səqifdən olan kişiyə dedi: “Ənsardan (olan kişi) soruşmaqda səni qabaqladı”. Ənsardan olan kişi dedi: “Ola bilsin ki, o, məndən çox tələsir, qoy (birinci) soruşsun”. Səqif qəbiləsindən olan kişi namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allah Elçisi ﷺ Ənsardan olan kişiyə dedi: “Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim”. O dedi: “Ey Allahın Elçisi! Mənə xəbər ver!” O dedi: “Sən gəldin məndən soruşasan ki, qədim Evə (Kəbəyə) gəlməyinin, Arafatda durmağının, daş atmağının, başını qırxdırmağının və Ev ilə vidalaşmağının sənin üçün mükafatı nədir?” Ənsardan olan kişi dedi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, mən səndən bundan başqa (bir məsələ) haqqında soruşmağa gəlmədim”. O dedi: “Qədim Evə gəlməkdə mükafatın (odur ki), sənin və miniyinin atdığı hər addıma görə sənə bir savab yazılar və sənin üçün bir dərəcə artırılar. Arafatda durduqda Allah ﷿ mələklərinə buyurur: “Ey Mənim mələklərim! Mənim qullarımı bura gətirən nədir?” Mələklər deyirlər: “Onlar Sənin razılığını və Cənnəti istəyirlər”. Allah ﷿ buyurur: “Mən Özümü və məxluqatımı şahid tuturam ki, Mən onları zamanın günlərinin, (yağışın) damcılarının, qum dənəciklərinin sayı qədər bağışladım!” Daş atdıqda Allah ﷿ buyurur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17). Başını qırxdırdıqda isə yerə düşən hər bir tükün Qiyamət günü sənin üçün nur olacaq. Ev ilə vidalaşdıqda sən anadan doğulduğun gündə olduğun kimi günahlarından azad olarsan”. Başqa bir rəvayətdə isə Peyğəmbər ﷺ belə demişdir: “Beytul-Harama gəlmək üçün evindən çıxmağına gəlincə, miniyinin atdığı hər addıma görə Allah sənə bir savab yazır və bir günahını silir. Arafatda durmağına gəlincə, Allah ﷿ bu vaxt dünya səmasına enir və mələklərinin qarşısında öyünərək buyurur: “Bunlar toz-torpaq içində, saçları dağınıq bir halda uzaq yerlərdən Mənə doğru gələn qullarımdır. Onlar Məni görmədən mərhəmətimə ümid bəsləyir və əzabımdan qorxurlar, bəs Məni görsəydilər necə?” Sənin günahların böyük bir qum yığınının dənələri və ya dünyanın günləri, ya da göydə olan yağışın damcıları qədər olsa belə, Allah onları səndən təmizləyər. Daş atmağına gəlincə, o, sənin üçün (şeytanı) zəlil etməkdir. Başını qırxdırmağına gəlincə, yerə düşən hər bir tükə görə sənin üçün bir savab vardır. Evi təvaf etdikdə isə anadan doğulduğun gündə olduğun kimi günahlarından azad olarsan”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 13566. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1360.
İstinad
Qüdsi hədislər, 42 (Kitab 4, 8)
Səhih qüdsi hədislər — Oruc, Zəkat, Həcc