Sədəqə verməyə təşviq
عَنْ عَدِىَّ بْنَ حَاتِمٍ يَقُولُ كُنْتُ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَهُ رَجُلاَنِ أَحَدُهُمَا يَشْكُو الْعَيْلَةَ، وَالآخَرُ يَشْكُو قَطْعَ السَّبِيلِ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «أَمَّا قَطْعُ السَّبِيلِ فَإِنَّهُ لاَ يَأْتِى عَلَيْكَ إِلاَّ قَلِيلٌ حَتَّى تَخْرُجَ الْعِيرُ إِلَى مَكَّةَ بِغَيْرِ خَفِيرٍ، وَأَمَّا الْعَيْلَةُ فَإِنَّ السَّاعَةَ لاَ تَقُومُ حَتَّى يَطُوفَ أَحَدُكُمْ بِصَدَقَتِهِ لاَ يَجِدُ مَنْ يَقْبَلُهَا مِنْهُ، ثُمَّ لَيَقِفَنَّ أَحَدُكُمْ بَيْنَ يَدَىِ اللَّهِ لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ حِجَابٌ وَلاَ تُرْجُمَانٌ يُتَرْجِمُ لَهُ، ثُمَّ لَيَقُولَنَّ لَهُ أَلَمْ أُوتِكَ مَالاً فَلَيَقُولَنَّ بَلَى. ثُمَّ لَيَقُولَنَّ أَلَمْ أُرْسِلْ إِلَيْكَ رَسُولاً فَلَيَقُولَنَّ بَلَى. فَيَنْظُرُ عَنْ يَمِينِهِ فَلاَ يَرَى إِلاَّ النَّارَ، ثُمَّ يَنْظُرُ عَنْ شِمَالِهِ فَلاَ يَرَى إِلاَّ النَّارَ، فَلْيَتَّقِيَنَّ أَحَدُكُمُ النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ، فَإِنْ لَمْ يَجِدْ فَبِكَلِمَةٍ طَيِّبَةٍ»
“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanında ikən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıblıqdan, digəri isə yol kəsən quldurlardan şikayət etdi. Allah Elçisi ﷺ (onları dinlədikdən sonra) dedi: “Yol kəsən quldurlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafizəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, (bilin ki,) biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq. Sonra siz Allahın hüzurunda duracaqsınız və sizinlə Onun arasında heç bir pərdə olmayacaq. (Dediklərinizi) tərcümə edəcək bir tərcüməçiniz belə olmayacaq. Sonra Allah Öz qulundan soruşacaq: “Mən sənə mal-dövlət verməmişdimmi?” O: “Vermişdin”- deyəcək. Sonra soruşacaq: “Mən sənə peyğəmbər göndərməmişdimmi?” O: “Göndərmişdin”- deyəcək. Bundan sonra o, əvvəlcə sağına, sonra da soluna baxacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xurma (sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla (özünüzü Oddan qoruyun)”.”
Qeyd
əl-Buxari, 1324, 1347, 1413.
İstinad
Qüdsi hədislər, 38 (Kitab 4, 4)
Səhih qüdsi hədislər — Oruc, Zəkat, Həcc