Oruc, Zəkat, Həcc

Sədəqə verməyə təşviq

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْفِقْ أُنْفِقْ عَلَيْكَ - وَقَالَ - يَدُ اللَّهِ مَلأَى لاَ تَغِيضُهَا نَفَقَةٌ، سَحَّاءُ اللَّيْلَ وَالنَّهَارَ - وَقَالَ - أَرَأَيْتُمْ مَا أَنْفَقَ مُنْذُ خَلَقَ السَّمَاءَ وَالأَرْضَ فَإِنَّهُ لَمْ يَغِضْ مَا فِى يَدِهِ، وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ، وَبِيَدِهِ الْمِيزَانُ يَخْفِضُ وَيَرْفَعُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ buyurur: “(Malından Mənim yolumda) xərclə, Mən də sənə xərcləyəcəyəm”. Allah Elçisi ﷺ dedi: “Allahın Əli doludur. (Bu nemətlərin) səhər-axşam ardı-arası kəsilmədən xərclənməsi Onun Əlini boş qoya bilməz”. Həmçinin dedi: “Məgər Allahın göyü və yeri yaratdığı gündən bəri nə qədər xərclədiyini görmürsünüz?! Bu Onun Əlindəkilərin azalmasına (zərrə qədər) təsir göstərməmişdir. Onun Ərşi suyun üzərində idi, Əlində də tərəzi var idi. O, (bu tərəzini) aşağı endirir və yuxarı qaldırırdı”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 4684, 5352, 7496.

İstinad

Qüdsi hədislər, 37 (Kitab 4, 3)

Səhih qüdsi hədislər — Oruc, Zəkat, Həcc