Zikrin fəziləti
عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ أَنَا عِنْدَ ظَنِّ عَبْدِى بِى وَأَنَا مَعَهُ حَيْثُ يَذْكُرُنِى وَاللَّهِ لَلَّهُ أَفْرَحُ بِتَوْبَةِ عَبْدِهِ مِنْ أَحَدِكُمْ يَجِدُ ضَالَّتَهُ بِالْفَلاَةِ وَمَنْ تَقَرَّبَ إِلَىَّ شِبْرًا تَقَرَّبْتُ إِلَيْهِ ذِرَاعًا وَمَنْ تَقَرَّبَ إِلَىَّ ذِرَاعًا تَقَرَّبْتُ إِلَيْهِ بَاعًا وَإِذَا أَقْبَلَ إِلَىَّ يَمْشِى أَقْبَلْتُ إِلَيْهِ أُهَرْوِلُ»
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə demişdir: “Allah ﷿ buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam”. Allaha and olsun ki, Allah bir qulunun tövbəsinə sizdən birinizin səhrada itirdiyini tapıb sevindiyindən daha çox sevinir. Allah buyurur: “Kim Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”.”
Qeyd
Muslim, 2675, 4927, 7128.
İstinad
Qüdsi hədislər, 56 (Kitab 6, 6)
Səhih qüdsi hədislər — Zikr və dua