Zikr və dua

Zikrin fəziləti

عَنْ شُرَيْحٍ قَالَ سَمِعْتُ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قَالَ اللَّهُ تَعَالَى يَا ابْنَ آدَمَ قُمْ إِلَىَّ أَمْشِ إِلَيْكَ وَامْشِ إِلَىَّ أُهَرْوِلْ إِلَيْكَ»

“Rəvayət edilir ki, Şureyh ﵀ demişdir: “Mən Peyğəmbərin ﷺ bir səhabəsinin Peyğəmbərdən ﷺ belə rəvayət etdiyini eşitdim: “Uca Allah buyurur: “Ey Adəm övladı! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim”.”

Şureyh
Səhih

Qeyd

Əhməd, 15360, 15967, 16346. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2287.

İstinad

Qüdsi hədislər, 57 (Kitab 6, 7)

Səhih qüdsi hədislər — Zikr və dua