Gecənin son üçdəbirində Allahın dünya səmasına enməsi
عَنْ رِفَاعَةَ الْجُهَنِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ يُمْهِلُ حَتَّى إِذَا ذَهَبَ مِنَ اللَّيْلِ نِصْفُهُ أَوْ ثُلُثَاهُ قَالَ لاَ يَسْأَلَنَّ عِبَادِى غَيْرِى مَنْ يَدْعُنِى أَسْتَجِبْ لَهُ مَنْ يَسْأَلْنِى أُعْطِهِ مَنْ يَسْتَغْفِرْنِى أَغْفِرْ لَهُ حَتَّى يَطْلُعَ الْفَجْرُ»
“Rəvayət edilir ki, Rifaə əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah gecənin yarısı və ya üçdəikisi keçənədək gözləyir. Sonra belə buyurur: “Qullarım Məndən qeyrisinə dua etməsinlər. Sübh çağınadək kim Mənə dua edərək Məndən bir şey istəyərsə, onun duasını qəbul edib istədiyini ona verərəm. Kim də Məndən bağışlanma diləyərsə, onu bağışlayaram!””
Qeyd
İbn Məcə, 1367, 1429. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1917.
İstinad
Qüdsi hədislər, 59 (Kitab 6, 9)
Səhih qüdsi hədislər — Zikr və dua