Gecənin son üçdəbirində Allahın dünya səmasına enməsi
سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يَنْزِلُ اللَّهُ فِى السَّمَاءِ الدُّنْيَا لِشَطْرِ اللَّيْلِ أَوْ لِثُلُثِ اللَّيْلِ الآخِرِ فَيَقُولُ مَنْ يَدْعُونِى فَأَسْتَجِيبَ لَهُ أَوْ يَسْأَلُنِى فَأُعْطِيَهُ. ثُمَّ يَقُولُ مَنْ يُقْرِضُ غَيْرَ عَدِيمٍ وَلاَ ظَلُومٍ»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Gecənin yarısı və ya axır üçdəbiri olduqda, Allah dünya səmasına enir və belə buyurur: “Mənə dua edən varmı, onun duasını qəbul edim?! Məndən istəyən varmı, istədiyini ona verim?!” Sonra buyurur: “Möhtac olmayan və zülm etməyən (Allaha) kim borc verər?!””
Qeyd
Muslim, 1264, 1811. Bu hədisdə “borc verər” dedikdə, sədəqə, namaz, oruc və s. kimi itaətlər nəzərdə tutulur. Uca Allah buyurur: “Kim Allaha gözəl bir borc versə, O da onun üçün bunu qat-qat artırar”. (əl-Bəqərə, 245). Başqa bir rəvayətdə belə deyilir: “Gecənin yarısı səmanın qapıları açılır və bir carçı səslənir: “Dua edən varmı, duası qəbul olunsun? İstəyi olan varmı, istəyi ona verilsin? Sıxıntısı olan varmı, sıxıntısı aradan qaldırılsın? Zinakardan və insanların malını haqsız yerə zorla əllərindən alandan başqa kim nə dua edərsə, duası qəbul olunar”. (ət-Tabərani “Mucəmul-Kəbir” 8309, “Mucəmul-Əvsat” 2769. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1073).
İstinad
Qüdsi hədislər, 60 (Kitab 6, 10)
Səhih qüdsi hədislər — Zikr və dua