Zikr və dua

Zikr məclisinin fəziləti

عَنْ عَائِشَةَ: أَنَّهَا قَالَتْ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "إِنَّ اللهَ عَزَّ وَجَلَّ أَوْحَى إِلَيَّ: أَنَّهُ مَنْ سَلَكَ مَسْلَكًا فِي طَلَبِ الْعِلْمِ سَهَّلْتُ لَهُ طَرِيقَ الْجَنَّةِ، وَمَنْ سَلَبْتُ كَرِيمَتَيْهِ: أَثَبْتُهُ عَلَيْهِمَا الْجَنَّةَ، وَ فَضْلٌ فِي عِلْمٍ خَيْرٌ مِنْ فَضْلٍ فِي عِبَادَةٍ، وَمِلَاكُ الدِّينِ الْوَرَعُ"

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Həqiqətən, Allah ﷿ mənə belə vəhy etdi: “Kim elm öyrənmək üçün yola çıxarsa, onun üçün Cənnətə gedən yolu asanlaşdıraram və kimin iki əzizini (gözlərini) əlindən alsam, bunlara görə onu Cənnətlə mükafatlandıraram. Əlavə elm öyrənmək əlavə ibadət etməkdən daha xeyirlidir, dinin əsası isə şübhəli işlərdən çəkinməkdir”.”

Aişə
Səhih

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 5367. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1727.

İstinad

Qüdsi hədislər, 63 (Kitab 6, 13)

Səhih qüdsi hədislər — Zikr və dua