Zikr və dua

Tövbə və istiğfar etmək haqda

عَنْ جَابِرَ بْنَ عَبْدِ اللَّه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: " مَرَّ رَجُلٌ مِمَّنْ كَانَ قَبْلَكُمْ بِجُمْجُمَةٍ , فَنَظَرَ إِلَيْهَا , فَحَدَّثَ نَفْسَهُ بِشَيْءٍ , ثُمَّ قَالَ: يَا رَبِّ , أَنْتَ أَنْتَ , وَأَنَا أَنَا , أَنْتَ الْعَوَّادُ بِالْمَغْفِرَةِ، وَأَنَا الْعَوَّادُ بِالذُّنُوبِ، وَخَرَّ للهِ سَاجِدًا، فَقِيلَ لَهُ: ارْفَعْ رَاسَكَ , فَأَنْتَ الْعَوَّادُ بِالذُّنُوبِ، وَأَنَا الْعَوَّادُ بِالْمَغْفِرَةِ , قَالَ: فَغُفِرَ لَهُ " [فرفع رأسه، فغُفِر له].

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən öncə yaşamış bir kişi yol ilə gedəndə, qurumuş bir kəllənin yanından keçərkən ona baxaraq öz-özü ilə danışandan sonra belə dedi: “Ya Rəbb! Sən Sənsən, mən də mənəm! Sən bağışlamağa öyrəşmisən, mən də günah etməyə öyrəşmişəm!” Sonra Allah üçün səcdəyə qapandı. Ona belə deyildi: “Başını qaldır! Sən günah etməyə öyrəşmisən! Mən də bağışlamağa öyrəşmişəm!” Həmin kişi başını qaldırdı və onun günahları bağışlandı”.”

Cabir ibn Abdullah
Səhih

Qeyd

İbn Adiy, 2/147; əd-Deyləmi “Musnədi Firdovs” 3/67; İbn Asəkir “Tarixu Diməşq” 2/71. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3231.

İstinad

Qüdsi hədislər, 64 (Kitab 6, 14)

Səhih qüdsi hədislər — Zikr və dua