Tövbə və istiğfar etmək haqda
عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَنَّ رَجُلاً أَذْنَبَ ذَنْبًا ، فَقَالَ : رَبِّ ، إِنِّي أَذْنَبْتُ ذَنْبًا ، أَوْ قَالَ : عَمِلْتُ عَمَلاً ذَنْبًا - فَاغْفِرْهُ . فَقَالَ عَزَّ وَجَلَّ : عَبْدِي عَمِلَ ذَنْبًا ، فَعَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ ، قَدْ غَفَرْتُ لِعَبْدِي . ثُمَّ عَمِلَ ذَنْبًا آخَرَ ، أَوْ قَالَ : أَذْنَبَ ذَنْبًا آخَرَ - فَقَالَ : رَبِّ ، إِنِّي عَمِلْتُ ذَنْبًا فَاغْفِرْهُ . فَقَالَ تَبَارَكَ وَتَعَالَى : عَلِمَ عَبْدِي أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ ، قَدْ غَفَرْتُ لِعَبْدِي . ثُمَّ عَمِلَ ذَنْبًا آخَرَ ، أَوْ أَذْنَبَ ذَنْبًا آخَرَ - فَقَالَ : رَبِّ إِنِّي عَمِلْتُ ذَنْبًا فَاغْفِرْهُ . فَقَالَ : عَلِمَ عَبْدِي أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ ، قَدْ غَفَرْتُ لِعَبْدِي ، ثُمَّ عَمِلَ ذَنْبًا آخَرَ ، أَوْ قَالَ : أَذْنَبَ ذَنْبًا آخَرَ - فَقَالَ : رَبِّ إِنِّي عَمِلْتُ ذَنْبًا فَاغْفِرْهُ ، قَالَ : عَبْدِي عَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ : أُشْهِدُكُمْ أَنِّي قَدْ غَفَرْتُ لِعَبْدِي ، فَلْيَعْمَلْ مَا شَاءَ.
“Əbu Hureyra ﵁ rəvayət etmişdir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir dəfə bir kişi günah iş gördü və: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!”– dedi. Allah buyurdu: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Artıq onu bağışladım”. Sonra bu adam başqa bir günah işlətdi və dedi: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” Uca Allah buyurdu: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Artıq onu bağışladım”. Sonra bu adam başqa bir günah işlətdi və dedi: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” Uca Allah buyurdu: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Artıq onu bağışladım”. Sonra bu kişi bir daha günah işlətdi və dedi: “Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!” Uca Allah buyurdu: “Qulum günah bir iş tutdu və bildi ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən sizi (mələkləri) şahid tuturam ki, artıq onu bağışladım, istədiyi əməli etsin!””
Qeyd
Əhməd, 7935, 7948; İbn Hibban, 622. Şueyb əl-Arnavut isnadının əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih olduğunu bildirmişdir. Oxşar hədisi rəvayət etmişlər: əl-Buxari, 6953, 7507; Muslim, 2758, 4953, 7162. Alimlər qeyd etmişlər ki, bəndə nə qədər ki, günaha düşdükdən sonra bağışlanma diləyəcəksə, Allah onu bağışlayacaq.
İstinad
Qüdsi hədislər, 65 (Kitab 6, 15)
Səhih qüdsi hədislər — Zikr və dua