Tövbə və istiğfar etmək haqda
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ إِبْلِيسَ قَالَ لِرَبِّهِ بِعِزَّتِكَ وَجَلاَلِكَ لاَ أَبْرَحُ أُغْوِى بَنِى آدَمَ مَا دَامَتِ الأَرْوَاحُ فِيهِمْ. فَقَالَ اللَّهُ فَبِعِزَّتِى وَجَلاَلِى لاَ أَبْرَحُ أَغْفِرُ لَهُمْ مَا اسْتَغْفَرُونِى»
“Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “İblis Rəbbinə dedi: “İzzətinə və Ucalığına and olsun! Nə qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları azdırmaqdan əl çəkməyəcəyəm”. Allah buyurdu: “İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onları bağışlayacağam!””
Qeyd
Əhməd, 11240, 11262, 11548, 11677. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 104.
İstinad
Qüdsi hədislər, 66 (Kitab 6, 16)
Səhih qüdsi hədislər — Zikr və dua