Tövbə və istiğfar etmək haqda
عَنْ أَنَسُ بْنُ مَالِكٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «قَالَ اللَّهُ يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنِى وَرَجَوْتَنِى غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ وَلاَ أُبَالِى يَا ابْنَ آدَمَ لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنِى غَفَرْتُ لَكَ وَلاَ أُبَالِى يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِى بِقُرَابِ الأَرْضِ خَطَايَا ثُمَّ لَقِيتَنِى لاَ تُشْرِكُ بِى شَيْئًا لأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً»
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah buyurur: “Ey Adəm övladı! Nə qədər ki, Mənə dua edirsən və Mənim (mərhəmətimə) ümid bağlayırsan, Mən sənin günahlarının hamısını bağışlayıram və (günahın çoxluğuna və böyüklüyünə) əhəmiyyət vermirəm. Ey Adəm övladı! Əgər sənin günahların (yerdən) göyədək olsa, sonra da Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və (günahın çoxluğuna və böyüklüyünə) əhəmiyyət vermərəm. Ey Adəm övladı! Əgər sən yer dolusu günahla Mənə tərəf gəlsən və heç bir şeyi Mənə şərik qoşmadan Mənim hüzuruma çıxsan, Mən sənə yer dolusu məğfirət əta edərəm”.”
Qeyd
ət-Tirmizi, 3540, 3885. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 127.
İstinad
Qüdsi hədislər, 67 (Kitab 6, 17)
Səhih qüdsi hədislər — Zikr və dua