Yüz adam öldürənin tövbəsi
عَنْ أَبِى سَعِيدٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «كَانَ فِى بَنِى إِسْرَائِيلَ رَجُلٌ قَتَلَ تِسْعَةً وَتِسْعِينَ إِنْسَانًا ثُمَّ خَرَجَ يَسْأَلُ، فَأَتَى رَاهِبًا فَسَأَلَهُ، فَقَالَ لَهُ هَلْ مِنْ تَوْبَةٍ قَالَ لاَ. فَقَتَلَهُ، فَجَعَلَ يَسْأَلُ، فَقَالَ لَهُ رَجُلٌ ائْتِ قَرْيَةَ كَذَا وَكَذَا. فَأَدْرَكَهُ الْمَوْتُ فَنَاءَ بِصَدْرِهِ نَحْوَهَا، فَاخْتَصَمَتْ فِيهِ مَلاَئِكَةُ الرَّحْمَةِ وَمَلاَئِكَةُ الْعَذَابِ، فَأَوْحَى اللَّهُ إِلَى هَذِهِ أَنْ تَقَرَّبِى. وَأَوْحَى اللَّهُ إِلَى هَذِهِ أَنْ تَبَاعَدِى. وَقَالَ قِيسُوا مَا بَيْنَهُمَا. فَوُجِدَ إِلَى هَذِهِ أَقْرَبُ بِشِبْرٍ، فَغُفِرَ لَهُ»
“Əbu Səid ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İsrail oğullarından bir kişi doxsan doqquz adam öldürmüşdü. Bundan sonra o, bir rahibin yanına gəlib (günahını etiraf etdi) və ondan: “Tövbə (etsəm, qəbul) olarmı?”- deyə soruşdu. Rahib: “Xeyr!”- dedikdə, bu adam onu da öldürdü. Sonra o, (sualına cavab tapmaq üçün) soruşmağına davam etdi. (Axırda elmli) bir adam ona dedi: “Get filan kəndə!” Yolda ölüm onu haqladı və o, ölərkən sinəsini həmin kəndə doğru çevirdi. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona görə öz aralarında çəkişməyə başladılar. Allah yerin bu tərəfinə: “Yaxınlaş!”, o tərəfinə isə: “Uzaqlaş”- deyə vəhy etdi. Sonra da (mələklərə): “Bunların arasındakı məsafəni ölçün!”- deyə buyurdu. (Məsafə ölçüldükdən sonra) bu adamın o kəndə bir qarış daha yaxın olduğu bəlli oldu və Allah onu bağışladı”.”
Qeyd
əl-Buxari, 3211, 3283, 3470. Digər qüdsi olmayan rəvayətdə deyilir: “...Sonra dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir alimi göstərdilər. Onun yanına gəlib dedi: “Mən yüz adam öldürmüşəm” və soruşdu ki, “buna tövbə varmı?” O dedi: “Bəli! Kim tövbə edənlə tövbəsi arasına girə (tövbə edənə mane ola) bilər? İnsanların Uca Allaha ibadət etdikləri (filan) yerə get, onlarla birgə Allaha ibadət et və öz torpağına qayıtma, çünki ora pis yerdir”. O, yola düşüb yolun yarısına çatmışdı ki, ölüm onu haqladı. Onun üçün rəhmət və əzab mələkləri öz aralarında mübahisə etməli oldular. Rəhmət mələkləri dedilər: “O tövbə edərək qəlbi ilə Uca Allaha tərəf (doğru) gəlmişdir!” Əzab mələkləri isə dedilər: “O, həqiqətən, heç bir xeyir iş görməmişdir”. Onların yanına insan qiyafəsində bir mələk gəldi. Onu öz aralarında hakim təyin etdilər. O dedi: “Bu iki (gəldiyi yerdən bura və buradan gedəcəyi yerə qədər) məsafəni ölçün, hansına yaxın olarsa, ora da aiddir”. Ölçdükdə gördülər ki, gedəcəyi yerə yaxındır və onu (onun ruhunu) rəhmət mələkləri aldılar”. (Muslim, 2766, 4967, 7184).
İstinad
Qüdsi hədislər, 69 (Kitab 6, 19)
Səhih qüdsi hədislər — Zikr və dua