Peyğəmbərə ﷺ edilən salavatın fəziləti
عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِرُوا الصَّلاَةَ عَلَىَّ يَوْمَ الْجُمُعَةِ فَإنَهُ أَتَانِي جِبرِيل آنفا عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ فَقَالَ مَا عَلَى الْأَرْضِ مِنْ مُسْلِم يُصَلِّي عَلَيْكَ مَرَّة وَاحِدَة إلَّا صَلَّيْت أنَا وَمَلائكَتي عَلَيْهِ عَشْرًا»
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü mənə çoxlu salavat deyin! Həqiqətən, Cəbrail indicə Rəbbinin ﷿ dərgahından yanıma gəlib Allahın belə dediyini mənə çatdırdı: “Yer üzərində sənə bir dəfə salavat deyən elə bir müsəlman yoxdur ki, Mən və mələklərim ona on dəfə salavat etməyək”.”
Qeyd
əl-Munziri “Tərğib vət-Tərhib” 2568. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 1662.
İstinad
Qüdsi hədislər, 70 (Kitab 6, 20)
Səhih qüdsi hədislər — Zikr və dua