Peyğəmbərə ﷺ edilən salavatın fəziləti
عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ ذَاتَ يَوْمٍ وَالْبُشْرَى فِى وَجْهِهِ فَقُلْنَا إِنَّا لَنَرَى الْبُشْرَى فِى وَجْهِكَ. فَقَالَ «إِنَّهُ أَتَانِى الْمَلَكُ فَقَالَ يَا مُحَمَّدُ إِنَّ رَبَّكَ يَقُولُ أَمَا يُرْضِيكَ أَنَّهُ لاَ يُصَلِّى عَلَيْكَ أَحَدٌ إِلاَّ صَلَّيْتُ عَلَيْهِ عَشْرًا وَلاَ يُسَلِّمُ عَلَيْكَ أَحَدٌ إِلاَّ سَلَّمْتُ عَلَيْهِ عَشْرًا»
“Abdullah ibn Əbu Talhə atasından ﵁ rəvayət edir: “Bir gün Allah Elçisi ﷺ sevinərək yanımıza gəldi. Biz dedik: “Biz sənin üzündə sevinc görürük”. O buyurdu: “Həqiqətən, mələk yanıma gəlib dedi: “Ey Muhəmməd! Rəbbin buyurur: “Sənə bir salavat göndərənə Mənim on salavat göndərməyim və sənə bir salam göndərənə də Mənim on salam göndərməyim səni məmnun edərmi?!””
Qeyd
ən-Nəsəi “Sunən” 1266, 1283, 1291. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 829.
İstinad
Qüdsi hədislər, 71 (Kitab 6, 21)
Səhih qüdsi hədislər — Zikr və dua