Məzlumun duası qəbuldur
سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، إِنَّا إِذَا رَأَيْنَاكَ رَقَّتْ قُلُوبُنَا وَكُنَّا مِنْ أَهْلِ الآخِرَةِ ، وَإِذَا فَارَقْنَاكَ أَعْجَبَتْنَا الدُّنْيَا ، وَشَمَمْنَا النِّسَاءَ وَالأَوْلاَدَ قَالَ : لَوْ تَكُونُونَ ، أَوْ قَالَ : لَوْ أَنَّكُمْ تَكُونُونَ - عَلَى كُلِّ حَالٍ عَلَى الْحَالِ الَّتِي أَنْتُمْ عَلَيْهَا عِنْدِي ، لَصَافَحَتْكُمُ الْمَلاَئِكَةُ بِأَكُفِّهِمْ ، وَلَزَارَتْكُمْ فِي بُيُوتِكُمْ ، وَلَوْ لَمْ تُذْنِبُوا ، لَجَاءَ اللَّهُ بِقَوْمٍ يُذْنِبُونَ كَيْ يَغْفِرَ لَهُمْ قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، حَدِّثْنَا عَنِ الْجَنَّةِ ، مَا بِنَاؤُهَا ؟ قَالَ : لَبِنَةُ ذَهَبٍ وَلَبِنَةُ فِضَّةٍ ، وَمِلاَطُهَا الْمِسْكُ الأَذْفَرُ ، وَحَصْبَاؤُهَا اللُّؤْلُؤُ وَالْيَاقُوتُ ، وَتُرَابُهَا الزَّعْفَرَانُ ، مَنْ يَدْخُلُهَا يَنْعَمُ وَلاَ يَبْأَسُ ، وَيَخْلُدُ وَلاَ يَمُوتُ ، لاَ تَبْلَى ثِيَابُهُ وَلاَ يَفْنَى شَبَابُهُ ثَلاَثَةٌ لاَ تُرَدُّ دَعْوَتُهُمْ : الإِمَامُ الْعَادِلُ ، وَالصَّائِمُ حَتَّى يُفْطِرَ ، وَدَعْوَةُ الْمَظْلُومِ تُحْمَلُ عَلَى الْغَمَامِ ، وَتُفْتَحُ لَهَا أَبْوَابُ السَّمَاوَاتِ ، وَيَقُولُ الرَّبُّ عَزَّ وَجَلَّ : وَعِزَّتِي لأَنْصُرَنَّكَ وَلَوْ بَعْدَ حِينٍ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərə ﷺ dedik: “Ey Allahın Elçisi! Səni gördükdə qəlblərimiz yumşalır və Axirət yurdunun sakinlərindən oluruq. Səndən ayrıldıqda isə, başımız arvadlarımıza və övladlarımıza qarışır və dünyaya meyl edirik”. Peyğəmbər ﷺ dedi: “Əgər siz həmişə mənim yanımda olduğunuz halda olsaydınız, mələklər sizə əl tutaraq salam verərdilər və sizi evinizdə ziyarət edərdilər. Əgər siz günah etməsəydiniz, Allah (yerinizə) yeni məxluq gətirər, onlar günah edər, Allah da onları bağışlayardı”. Biz dedik: “Ey Allahın Elçisi! Bizə Cənnətdən danış! Orada olan evlər nədən düzəldilib?” O cavab verdi: “Bir kərpic qızıldan, bir kərpic gümüşdən. Onun (divarlarının) malası xoş ətirli müşkdəndir. Onun çınqılları mirvaridən və yaqutdan, torpağı isə zəfərandandır. Ora daxil olan nemət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəlməz və qocalmaz”. Sonra dedi: “Üç adamın duası rədd olunmaz; ədalətli rəhbərin duası, oruc tutanın iftar edənə qədər etdiyi dua və zülmə məruz qalanın duası. Allah o duanı buludların üzərinə yüksəldir, səma qapıları onun üçün açılır və Rəbb ﷿ buyurur: “İzzətimə and olsun ki, bir müddət keçsə belə, Mən sənə mütləq kömək edəcəyəm”.”
Qeyd
Əhməd, 8030; İbn Hibban, 7387; ət-Tabərani “Mucəmul-Kəbir” 3630. Hədis səhih li-ğeyrihidir. Bax: Mişkətul-Məsabih, 5630; Səhih əl-Cami, 117.
İstinad
Qüdsi hədislər, 72 (Kitab 6, 22)
Səhih qüdsi hədislər — Zikr və dua