Zikr və dua

Cənnət xəzinəsindən olan kəlmə

عَنْ أَبِى هُرَيْرَةَ يُحَدِّثُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «أَلاَ أُعَلِّمُكَ - قَالَ هَاشِمٌ أَفَلاَ أَدُلُّكَ عَلَى - كَلِمَةٍ مِنْ كَنْزِ الْجَنَّةِ مِنْ تَحْتِ الْعَرْشِ لاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ يَقُولُ أَسْلَمَ عَبْدِى وَاسْتَسْلَمَ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sənə Cənnət xəzinəsindən olan və Ərşin altından gələn bir kəlmə öyrədimmi? Güc yalnız Allahdadır! (Lə: quvvətə illə: billəh)”. (Qul bu kəlməni dedikdə,) Allah buyurur: “Qulum boyun əydi və tabe oldu”.”

Əbu Hureyra
Səhih

Qeyd

Əhməd, 7953, 7966, 8166. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 1580.

İstinad

Qüdsi hədislər, 77 (Kitab 6, 27)

Səhih qüdsi hədislər — Zikr və dua