Zikr və dua

“Əlhəmdulillə:hi həmdən kəsi:ran”- kəlmələrinin fəziləti

عَنْ أَنَسٍ قَالَ جَاءَ رَجُلٌ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصَّلاَةِ فَقَالَ الْحَمْدُ لِلَّهِ حَمْداً كَثِيراً طَيِّباً مُبَارَكاً فِيهِ. فَلَمَّا قَضَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ قَالَ «أَيُّكُمُ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا». قَالَ فَأَرَمَّ الْقَوْمُ - قَالَ - فَأَعَادَهَا ثَلاَثَ مِرَارٍ فَقَالَ رَجُلٌ أَنَا قُلْتُهَا وَمَا أَرَدْتُ بِهَا إِلاَّ الْخَيْرَ. قَالَ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «لَقَدِ ابْتَدَرَهَا اثْنَا عَشَرَ مَلَكاً فَمَا دَرَوْا كَيْفَ يَكْتُبُونَهَا حَتَّى سَأَلُوا رَبَّهُمْ عَزَّ وَجَلَّ قَالَ اكْتُبُوهَا كَمَا قَالَ عَبْدِى»

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ namaz qılarkən bir kişi gəlib dedi: “Allaha həmd olsun, (özü də) çoxlu, xoş, mübarək bir həmd!” Namazı bitirdikdən sonra Peyğəmbər ﷺ soruşdu: “Bu kəlməni deyən kimdir?!” İnsanlar susdular və o, bunu üç dəfə təkrarladı. Həmin kişi dedi: “Onu mən dedim və onu deməkdə də istəyim yalnız xeyir idi”. Peyğəmbər ﷺ dedi: “Artıq on iki mələk (onu yazmaq üçün bir-biriləri ilə) yarışdılar, lakin onu necə yazacaqlarını bilmədilər. Nəhayət, Rəbblərindən ﷿ soruşdular, O da: “Qulumun söylədiyi kimi yazın!”- deyə buyurdu”.”

Ənəs
Səhih

Qeyd

Əhməd, 12988, 13341, 13843. Şueyb əl-Arnavut hədisin əl-Buxari və Muslimin şərtlərinə görə isnadının səhih olduğunu bildirmişdir.

İstinad

Qüdsi hədislər, 78 (Kitab 6, 28)

Səhih qüdsi hədislər — Zikr və dua