Zikr və dua

“Əlhəmdulillə:hi həmdən kəsi:ran”- kəlmələrinin fəziləti

عن سَلْمَان قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: قَالَ رَجُلٌ: الْحَمْدُ للهِ كَثِيرًا، فَأَعْظَمَهَا الْمَلَكُ أَنْ يَكْتُبَهَا، وَرَاجَعَ فِيهَا رَبَّهُ عزَّ وجل فَقِيلَ لَهُ: اكْتُبْهَا كَمَا قَالَ عَبْدِي كَثِيرًا "

“Rəvayət edilir ki, Salman ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir nəfər: “Allaha çoxlu həmd olsun!”– dedi. (Bu sözü eşidən) mələk bunun savabını necə yazacağına heyrət etdi və buna görə öz Rəbbinə ﷿ müraciət etdi. Ona da: “Onu qulumun söylədiyi kimi “çoxlu” yaz”- deyə cavab verildi”.”

Salman
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 2061. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3452.

İstinad

Qüdsi hədislər, 79 (Kitab 6, 29)

Səhih qüdsi hədislər — Zikr və dua