“Əlhəmdulillə:hi həmdən kəsi:ran”- kəlmələrinin fəziləti
عَنْ أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّم قَالَ : إِذَا قَالَ الْعَبْدُ سُبْحَانَ اللهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا وَإِذَا قَالَ الْحَمْدُ لِلَّهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا فَإِذَا قَالَ لاَ إِلَهَ إِلا اللَّهُ قَالَ اكْتُبُوا لِعَبْدِي مَحَبَّتِي كَثِيرًا
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bəndə “Subhə:n-Allah” dedikdə, Allah ﷿ buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Əlhəmdulilləh”- dedikdə, Allah ﷿ buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Lə: ilə:hə illəllah”- dedikdə, Allah ﷿ buyurur: “Quluma sevgimi çox yazın!””
Qeyd
ət-Tabərani “əd-Dua” 1685. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 1578.
İstinad
Qüdsi hədislər, 80 (Kitab 6, 30)
Səhih qüdsi hədislər — Zikr və dua